Azərbaycanda bank sahibinin oğlu qəfil qızdırmadan öldü
- 18-02-2020, 12:08
- Hadisə
Vida mərasiminə Elman Rustəmov da qatılıb
“Bank Respublika” ASC-nin sahibi Natiq Quliyevin 17 yaşlı oğlu qəfil dünyasını dəyişib.
Azadsəs-in məlumatına görə, bu gün gecə saatlarında Natiq Quliyevin oğlunun hərarəti yüksəldiyi üçün evə təcili tibbi yardım çağırılıb. Həkimlərin ilkin müdaxiləsi olsa da, ancaq gənci xilas etmək mümkün olmayıb.Hazırda Bakının Məmməd Araz küçəsi 4 ünvanında - Azərbaycan Mətbuat Şurasının binası önünüdə Natiq Quliyevin 17 yaşlı oğlu ilə vida mərasimi keçirilir. Mərasimə Mərkəzi Bankın İdarə Heyətinin sədri Elman Rustəmov və digər bank rəhbərləri qatılıblar. /Demokrat.az/