Mərkəzi Bankın yeni binası hansı vəsaitlə tikiləcək? - Elman Rüstəmovdan AÇIQLAMA
- 29-01-2021, 14:35
- Cəmiyyət
“Mərkəzi Bank yeni inzibati binanı öz vəsaitləri hesabına tikəcək”.
''Azad Səs'' Modern.az-a istinadən xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının İdarə Heyətinin sədri Elman Rüstəmov bildirib.
E.Rüstəmov qeyd edib ki, binanın tikintisi 3-4 il ərzində yekunlaşacaq:
“Yeni bina Mərkəzi Bank tərəfindən qazanılmış vəsait hesabına tikiləcək. Onu da bildirim ki, tərəfimizdən büdcəyə son 3 ildə 7,8 milyard manatlıq vəsait köçürülüb”.
Qeyd edəki ki, “Tekfen İnşaat Şirkəti”nin Azərbaycan Mərkəzi Bankının yeni tikiləcək inzibati binasının 218 milyon avroya başa gələcəyilə bağlı yaydığı məlumat geniş müzakirələrə səbəb olub. İnşaat şirkətinin rəhbəri Mustafa Kopuzun bildirdiyinə görə, 36 ayda tamamlanması gözlənilən bina 168 mer hündürlüyündə, 67 981 kvadrat metrlik ərazidə 37 mərtəbədən ibarət olacaq.