Azərbaycan banklarının birgə bankomat şəbəkəsi isifadəyə verilib
- 3-12-2020, 16:15
- İqtisadiyyat
Azərbaycan Mərkəzi Bankı (AMB) ödəniş xidmətləri üzrə operatorlar və ödəniş xidməti təchizatçılarının daha əlverişli tarif siyasəti tətbiq etməsi, habelə istehlakçılar və təsərrüfat subyektləri üçün ödəniş xidməti haqlarının optimallaşdırılması istiqamətində davamlı infrastruktur və təşviqat tədbirləri həyata keçirir və onların icrasını daim diqqət mərkəzində saxlayır.
''Azad Səs'' ''Report''-a istinadən xəbər verir ki, bu barədə AMB-nin açıqlamasında bildirilir.
Məlumatda həmçinin deyilir ki, bu istiqamətdə aparılan tədbirlər çərçivəsində maliyyə inklüzivliyinin genişləndirilməsi məqsədilə beynəlxalq təcrübədə geniş tətbiq olunan birgə bankomat şəbəkəsi AMB-nin operatoru olduğu Banklararası Kart Mərkəzinin imkanlarından istifadə edilərək yaradılıb. Bu məqsədlə 11 bank - "Access Bank" və "Yapı Kredi Bank Azərbaycan" QSC-lər, "AFB Bank", "Azər-Türk Bank", "Bank of Baku", "Express Bank", "Günay Bank", "TuranBank", "Unibank", "Yelo Bank" ASC, "Ziraat Bank Azərbaycan" ASC-lər, eləcə də Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə məxsus “Azərpoçt” MMC-nin mövcud bankomat şəbəkələrindən birgə istifadə ilə bağlı kollektiv saziş imzalanıb. Nəticədə, sözügedən bankların müştəriləri 500 bankomatdan ibarət birgə bankomat şəbəkəsindən daha əlverişli şərtlərlə istifadə edə biləcək. Yeni şəbəkə müştərilərə daha əlverişli maliyyə xidmətlərinin təqdim edilməsi məqsədilə bankların bankomat şəbəkəsinə çəkdiyi xərclərin optimallaşdırılmasına imkan verəcək.
Gələcəkdə birgə bankomat şəbəkəsinin əhatə dairəsinin genişləndirilməsi və digər bankların da sözügedən şəbəkəyə qoşulması nəzərdə tutulur. Eyni zamanda, AMB ödəniş xidməti haqlarının istehlakçılar və təsərrüfat subyektləri üçün daha əlverişli olması istiqamətində davamlı tədbirlər həyata keçirəcək.