Mərkəzi Bankın qarşısında etiraz aksiyası keçirilir
- 9-09-2020, 13:26
- Cəmiyyət
Bağlanan 4 bankın əmanətçiləri Mərkəzi Bankın qarşısında etiraz aksiyası keçirirlər.
''Azad Səs'' PARLA-ya istinadən xəbər verir ki, insanlar banklardakı əmanətlərinin geri qaytarılmasını tələb edirlər.
Şikayətçilərdən biri qeyd edib ki, bağlanan müqavilədə əmanəti sığortalı olsa da, 3 aydır pulu ala bilmir:
“Pandemiya şəraitində iş yerləri bağlanıb, işləmirik, pulumuz yoxdur, bizim pulumuzu qaytarsınlar”.
Vətəndaşlar Mərkəzi Bank rəsmilərindən əmanətçilərin qarşısına çıxıb insanların suallarını cavablandırılmasını tələb edirlər. Daha sonra Mərkəzi Bank nümayəndəsi sədr Elman Rüstəmovun müavini Aftandil Babayevin vətəndaşları qəbul üçün gözlədiyini açıqlayıb.