“Windows 11” printerlərdə problemlər yaradıb
“Brother” ofis avadanlığı istehsalçısı “Windows 11”in cihazlarında yaratdığı problemlər barədə məlumat verib.
Şirkətdən bildirilib ki, “Brother” printerlərini USB vasitəsilə qoşarkən problemlər yaranır. Aydın olmayan səbəblərdən əməliyyat sistemi ilə cihaz arasındakı qarşılıqlı əlaqə pozulur və sistem cihazın mövcudluğunu təyin edə bilmir.
Bəzi hallarda brendin printerləri işləməyə davam edir, lakin funksiyalarında problemlər yaranır; məsələn, cihaz konfiqurasiya vasitəsi, çap paylanması, proqram təminat yeniləməsi fəaliyyətini dayandırır.
Problem həm şırnaqlı, həm də lazer printerlərdə görünüb.
Mütəxəssislər müvəqqəti tədbir kimi fərqli əlaqə növündən - məsələn, simsiz interfeysdən istifadə etməyi məsləhət görürlər.
Mənbə: “Neowin”