“Vəkillərin bahalı evlərinin, avtomobillərinin olması yaxşı haldır” – Anar Bağırov
- 31-01-2021, 13:10
- Cəmiyyət
"İstəyimiz odur ki, vəkillik sahəsində olan problemlər həllini tapsın. Bəzi məsələlər var ki, bizdən asılı deyil. Tutaq ki, qanunda hansısa norma var, bizi qane etmir. Bunun həlli üçün təkliflər verə bilərik. Vəkillər Kollegiyasında siyasi partiyaların, demək olar, hamısının nümayəndəsi təmsil olunur. Hətta dini təşkilatların da nümayəndələri kollegiyada təmsil olunur".
''Azad Səs'' Pravda.az-a istinadən xəbər verir ki, bunu Azərbaycan Respublikası Vəkillər Kollegiyasının sədri Anar Bağırov deyib.
A.Bağırov bildirib ki, kollegiyada vəkillərə heç bir maneə yaradılmır: “Vəkillik sahəsi elə bir sahədir ki, burada inzibati metodlarla məlumatı gizlətmək mümkün deyil. Əgər hansısa vəkil narahatdırsa, cəmiyyət – KİV bunu dərhal görəcək. Bunu necə gizlətmək mümkün deyil. Son dövrlər qalmaqallı məsələ olubmu? Xeyr! “Vəkillərin etik davranış qaydaları haqqında” Əsasnamə var. Bu, təkcə Azərbaycanda deyil, digər ölkələrdə də mövcuddur”.
Kollegiya sədri vəkillərin maddi imkanından da danışıb: “Vəkillər digər ölkələrdə olduğu kimi imkanlı olmalıdırlar. Vəkillərə də deyirəm, nə qədər varlı olsanız, bahalı evləriniz, avtomobilləriniz olarsa, daha yaxşıdır. Bəzi hallarda cəmiyyətdə bunu başa düşmürlər. Yazırlar ki, filan vəkilin filan qədər əmlakı var... Axı vəkil bunu öz əməyi ilə qazanıb. Demirəm ki, hər şey idealdır. Elə vəkil var ki, qanunsuzluğa da yol verə bilər. Təəssüflər olsun ki, həmkarlarımız bəzi hallarda qanunsuz işlərdə də iştirak edirlər. Biz bununla mübarizə aparırıq. Məsələn, vəkil heç bir halda vasitəçi kimi tanınmamalıdır. Vəkillərdən tələb edirik ki, aldıqları vəsaiti müqavilədə göstərsinlər. İzah edirik ki, müştəridən 1000 manat aldığınız halda, müqavilədə 100 manat göstərdikdə şübhə yaranır. Vəkil nə üçün 900 manatı göstərməyib? Amma əmin olun ki, bu hal digər ölkələrdə də var”.