Hansı smartfon ekranının insan üçün zərərli olduğu açıqlandı
- 28-08-2020, 08:30
- Dünya
Müasir smartfonların əksəriyyəti orqanik işıq-diod texnologiyası əsasında hazırlanmış “OLED-ekran”lardan istifadə edir. Bir çox araşdırmaların nəticələrinə görə, “OLED-ekran”ların parlaqlığı tənzimləmə xüsusiyyətləri səbəbindən onlardan istifadə edəndən bir müddət sonra insanlarda baş ağrısı, yorğunluq və gözdə quruluq yaranır.
“Praym”ın məlumatına görə, bu barədə Rusiyada NAFİ-nin (Maliyyə Tədqiqatları üzrə Milli Agentlik) “Rəqəmsal vətəndaş” platformasının eksperti Vladimir Qritsenko bildirib.
“Bu ekranlardakı parlaqlıq faktiki olaraq həmişə 100 faiz təşkil edir, istifadəçi onu aşağı saldıqda (bunu çox vaxt geniş-impuls modulyasiyası hesabına edir), ekranın arxa işığı onun səviyyəsinə uyğun müəyyən tezlikdə sayrışmağa başlayır. Parlaqlıq nə qədər aşağı olsa - ekranın pulsasiyası o qədər aydın olur və gözlər daha çox yorulur. Ekranın sayrışması insan gözü ilə görünmür, ancaq başqa bir smartfonun kamerası ona yönləndirilsə, bunu görmək mümkündür”, - deyə ekspert izah edib.Gözlərin “OLED-ekranı”ndan yorulduğu görülsə, onun maksimuma yaxın bir parlaqlıqda istifadə edilməsi yaxşı olar, çünki sayrışma daha az olacaq. Bununla belə, parlaqlıq otaq üçün həddindən artıq ola bilər.
“Bəzi smartfonlarda quraşdırılmış proqram həlləri də var, məsələn, “Android”də “DC Dimming” və “iOS”da “Ağ nöqtəni azaltma”. Onlardan istifadə edərkən ekran demək olar ki, tamamilə sayrışmanı dayandırır. Bununla belə rəng ötürməsi pozula bilər”, - deyə Qritsenko qeyd edir.
Başqa bir variant, “iPhone XR”, “Xiaomi”, “Huawei” markalı smartfonların bəzi modelləri kimi “IPS” ekrana sahib smartfondan istifadə etməkdir. “IPS” - ağıllı telefonlarda geniş istifadə olunan maye kristal ekran texnologiyasıdır.
“IPS-ekran”lar “OLED-ekran”lardan daha ucuzdur, lakin daha qalındır və daha az doymuş rəng ötürür. Ayrıca, “IPS-panel”lər solmaya məruz qalmır, “OLED-ekran”lar isə zamanla parlaqlığını dəyişir və bəzi piksellər digərlərindən daha parlaq ola bilər”, - deyə Qritsenko əlavə edib.