azadses.az » İdman » Azərbaycan komandaları rəqiblərini Gürcüstanda qəbul edə bilər

Azərbaycan komandaları rəqiblərini Gürcüstanda qəbul edə bilər



















"UEFA-nın avrokuboklarla bağlı planları hələ dəqiqləşməyib. Çünki pandemiyadan sonrakı futbol böyük qeyri-müəyyənlik içərisindədir. Bu gün bəzi ölkələrdə vəziyyət daha da pisləşib".
"Report"un məlumatına görə, bunu Gürcüstan Futbol Federasiyasının (GFF) prezidenti Levan Kobiaşvili "Lelo" nəşrinə müsahibəsində deyib.
Funksioner bildirib ki, UEFA-nın sonuncu videokonfransında bəzi məsələlər müzakirə olunub: "Birincisi, ev sahibinin oyunu necə keçirməsidir. Bu, qarşılıqlı danışılacaq. Amma səyahətlə bağlı qeyri-müəyyənlik problem olaraq qalır. Çünki bir çox ölkələrin bir-biri ilə sərhədləri bağlıdır".
Keçmiş futbolçu indiki durumda ev sahibi olmağa üstünlük verdiklərini söyləyib: "Həm səfər, həm də ev oyunları zamanı problemlər olacaq: komandaların ölkəyə girişi, oyunun təşkili, testləşdirmə, və s. Bütün bunları həll etmək asan olmayacaq".
Kobiaşvili "Futbolçulardan birində virus çıxarsa, UEFA həmin komandanın oyun keçirməsinə icazə verəcəkmi?" sualına belə cavab verib: "Qurum bunu istəsə belə, müstəqil qərar verə bilməyəcək. Çünki hər ölkənin öz qanunları var. UEFA kifayət qədər böyük problemlə üz-üzədir. Avrokubokların püşkatması 9-10 avqustda olacaq, oyunlar isə 18-19 və 27 avqsutda keçiriləcək. Yəni, ev sahibinin təşkilati, viza və səyahət məsələlərinin həlli üçün cəmi 10 gün vaxtı qalıb. Bir sözlə, böyük problemlər həll ediləcək".
GFF prezidentinin sözlərinə görə, digər ölkə təmsilçilərinin avrokubok oyunlarına ev sahibliyi etmək imkanları var: "Heç bir tərəf oyuna ev sahibliyi edə bilmirsə, UEFA bu məsələdə Gürcüstana da ümid bəsləyir. Qurum hesab edir ki, oyunu başqa ölkədə keçirmək olar. Bizdən ölkədəki vəziyyətlə bağlı məlumat verməyimizi xahiş ediblər. Bilirsiniz ki, Kipr də bu cür oyunlara ev sahibliyi etmək istəyir".
Kobiaşvili deyib ki, bu məsələ ilə bağlı UEFA-dan onlarla əlaqə saxlayıblar: "Amma burada hər şey yalnız bizdən asılıdır. Çünki ortada risk var. Hər şey yığmaların və klubların kimliyindən asılıdır. Məsələn, Qazaxıstanda vəziyyət çətindir. Amma bu, UEFA-nın B planıdır. Hansısa ölkə oyuna ev sahibliyi edə bilmirsə, onda bu imkanı nəzərdən keçirəcəyik. Bu, ölkənin imicinə müsbət təsir göstərəcək".
Qeyd edək ki, Azərbaycanın bir çox şəhərlərində koronavirus pandemiyası ilə bağlı vəziyyətə görə açıq havada məşqlərin keçirilməsinə qadağa qoyulub. Bu səbəbdən, ölkə çempionatının və avrokuboklarda ev oyunlarının Bakıda keçirilməsi sual altına düşüb. 

DAHA ÇOX XƏBƏRLƏR
Ən çox oxunanlar
  1. Ucarda 44 yaşlı kişi yol qəzasında yaralanıb
  2. Xətai rayonunda yük maşını aşıb, yaralanan var
  3. Suraxanıda avtomobillər toqquşub, 34 yaşlı kişi xəsarət alıb
  4. Bakıda yol qəzasında 1 yaşlı körpə xəsarət alıb
  5. Subunçuda avtomobil aşıb, xəsarət alan var
  6. Şamaxıda 4 yaşlı uşaq yol qəzasında xəsarət alıb
  7. Argentinada 6 maqnitudalı zəlzələ olub
  8. Şanlıurfada yol qəzası olub, ölənlər var
  9. Lerik rayonunda zəlzələ baş verib
  10. Sabunçuda 27 yaşlı gənci avtomobil vurub
Bütün xəbərlər
Ərdoğan: “İlham Əliyev Türkiyədən iki ədəd “Togg” elektromobili almaq üçün sifariş verib”
Ərdoğan: “İlham Əliyev Türkiyədən iki ədəd “Togg” elektromobili almaq üçün sifariş verib”
Azərbaycan Prezidenti İlham Əliyev Türkiyənin yerli istehsalı olan “Togg” elektromobilini almaq üçün sifariş verib. Türkiyə Ətraflı
Bütün xəbərlər
Bu gündən Qarabağ Universitetində tədris prosesinə başlanılır
Bu gündən Qarabağ Universitetində tədris prosesinə başlanılır
Sentyabrın 23-dən Xankəndi şəhərində Qarabağ Universitetində tədris prosesinə başlanılır. "Report" xəbər verir ki, Ətraflı
Bu gün 1 500-dən çox namizəd peşəkar mühasib sertifikatı imtahanı verəcək
Bu gün 1 500-dən çox namizəd peşəkar mühasib sertifikatı imtahanı verəcək
Bu gün Dövlət İmtahan Mərkəzi (DİM) peşəkar mühasib sertifikatı (PMS) imtahanının I mərhələsini (mühasibat uçotu üzrə) Ətraflı
Bütün xəbərlər
«    Sentyabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
Şou biznes
Kirkorov Uspenskayaya təzminat ödəyəcək
Kirkorov Uspenskayaya təzminat ödəyəcək
“Titanik”in məşhur mahnısının müəllifi vəfat edib
“Titanik”in məşhur mahnısının müəllifi vəfat edib
Bred Pitt qızı ilə münasibətlərini düzəltmək istəyir
Bred Pitt qızı ilə münasibətlərini düzəltmək istəyir
Sovet kinosunun əfsanəsi Svetlana Svetliçnayanın səhhəti ilə bağlı şok qərarı
Sovet kinosunun əfsanəsi Svetlana Svetliçnayanın səhhəti ilə bağlı şok qərarı
İbrahim Tatlıseslə qızı arasındakı qalmaqal böyüyür: "Evimə basqın etdi, söyüşlər yağdırdı"
İbrahim Tatlıseslə qızı arasındakı qalmaqal böyüyür: "Evimə basqın etdi, söyüşlər yağdırdı"
Məşhur cütlük boşanmağa qərar verdi: Ben Afflekin hansı hərəkəti Cennifer Lopesin ürəyini qırıb?
Məşhur cütlük boşanmağa qərar verdi: Ben Afflekin hansı hərəkəti Cennifer Lopesin ürəyini qırıb?
ABŞ məhkəməsi aktyor Alek Balduinə qarşı iddianı rədd edib
ABŞ məhkəməsi aktyor Alek Balduinə qarşı iddianı rədd edib
Cennifer Lopez və Ben Afflek malikanələrindəki əntiq əşyaları satırlar
Cennifer Lopez və Ben Afflek malikanələrindəki əntiq əşyaları satırlar
Ben Afflek və Cenifer Lopez ayrılıblar?
Ben Afflek və Cenifer Lopez ayrılıblar?
Məşhur aktrisa: "Qadın-kişi tarazlığı deyilən bir şey qalmadı"
Məşhur aktrisa: "Qadın-kişi tarazlığı deyilən bir şey qalmadı"