Rusiyalı mütəxəssislər: “Türkiyə bölgədə əhəmiyyətli rol oynayır”
Rusiya Xarici İşlər Nazirliyinin Diplomatiya Akademiyasının Çağdaş Beynəlxalq Problemlər İnstitutunda “Rusiya və Türkiyə: dünən, bu gün, sabah” mövzusunda dəyirmi masa keçirilib.
“Anadolu” agentliyi xəbər verir ki, institutun direktoru Oleq Karpoviç Rusiya ilə Türkiyə arasındakı əlaqələrin əhəmiyyətinə işarə edərək, Türkiyənin son zamanlarda beynəlxalq aləmdə əhəmiyyətli rol oynadığını deyib.
Rusiyadakı Çağdaş Türkiyə Araşdırmaları Mərkəzinin direktoru Amur Hacıyev Türkiyənin xarici siyasətini qiymətləndirərək bildirib ki, “Türkiyənin regional və qlobal siyasətdəki statusu dəyişib. Türkiyə regional gündəmin yaradılmasında iştirak edərək regional çevriliş proseslərinə qatılıb”.
Rusiya və Türkiyənin Suriya, Liviya və Qarabağ məsələlərini həll etmək üçün təşəbbüs göstərdiklərini qeyd edən A.Hacıyev ikitərəfli münasibətlərin “strateji” səviyyədə olduğunu xatırladıb.
Çağdaş Beynəlxalq Problemlər İnstitutunun Avrasiya Araşdırmalar Mərkəzinin rəhbəri Əli Mustafabəyli də Rusiya ilə Türkiyə arasındakı münasibətlərin inkişafının vacibliyini vurğulayıb və bildirib ki, “İki ölkə arasındakı qarşılıqlı təsir çətinliyə baxmayaraq davam edir”.
Avropa-Asiya Mədəniyyət Mərkəzinin rəhbəri Radik Amirov qeyd edib ki, Türkiyə Rusiya üçün əhəmiyyətli tərəfdaşdır.