Virusun zədələdiyi faylları bərpa etməyin yolları açıqlanıb
Hakerlərin hücumundan sonra şifrələmə virusu ilə yoluxmuş faylları bərpa etməyin yolları açıqlanıb.
Gazeta.ru-nun məlumatına görə, bu barədə ESET-in Rusiya və MDB-dəki PR meneceri Mixail Boçarov məlumat verib.
O, hər şeydən əvvəl, tematik forumlarda və ya veb saytlarda pulsuz deşifrator tapmağa çalışmamağı və dələduzlara pul köçürməməyi tövsiyə edib.
“Kibertəhlükəsizlik sahəsindəki mütəxəssislərlə əlaqə saxlayın, çox güman ki, onlar deşifrator ala biləcəklər, bu isə daha ucuz başa gələr və sizi fırıldaqçılar tərəfindən sonrakı şantajlardan da xilas edər”, - deyə mütəxəssis əlavə edib.
Boçarov şəxsin özünün də sistemin əvvəlki versiyalarından, yəni bir bərpa nöqtəsi yaradılarkən avtomatik olaraq saxlanılan fayl və qovluqların nüsxələrindən məlumatları bərpa edə biləcəyini deyib:
“Windows 10”da ehtiyat konfiqurasiya edilmişsə, üç addımı yerinə yetirməlisiniz: tapşırıq panelindən “Bərpa” tapılmalı, “Fayl tarixçəsini istifadə edərək faylları bərpa et” seçilməli, sonra lazım olanı tapmalı və bütün versiyalarına baxdıqdan sonra istədiyiniz şeyi orijinal qovluqda saxlamalısınız”, - deyə mütəxəssis bildirib.