“Pioner Pərvizin” korrupsioner məmurlardan fərqi…
- 14-05-2020, 14:05
- Cəmiyyət
Sumqayıta nadir hallarda gedirəm. Dünən yolum oradan düşdü. Bir ünvanı axtarırdım. Təsadüfən qarşıma “Pioner” adlı bir ticarət mərkəzi çıxdı. Bir az da vaxtım vardı. Həmin marketə girmək qərarına gəldim. Dəqiq yadımdadır ki, sonuncu dəfə bu marketdə 2001-ci ildə olmuşdum. Elə əvvəlki qaydada işləyirdi. Sanki məni nostalji hisslər bürüdü. Yadımdaydı ki, həmin marketin sahibinin adı Pərviz olmalıdır.
Çünki onunla 20 il əvvəl məhz bu marketin arxasında olan kabinetində bir görüşümüz olmuşdu. Həmin görüşdə baş tutan söhbət, şahidi olduğum mənzərə hələ də anbaban yadımdadır. Pərviz əslən Abşeronun Sumqayıta yaxın olan kəndlərindəndir. Gözünü açandan ticarətdə olub. Deyirlər ki, Sumqayıtda ilk böyük marketi də məhz o açıb. Həmin vaxt indiki “Pioner”in yerində çadır qurub topdansatış edirmiş. Elə o vaxtdan da adı qalıb “Pioner Pərviz” .
Dükanda işləyənlərdən birindən soruşdum ki, bura yenə Pərviz müəllimə məxsusdur? “Hə” – cavabını aldım. Soruşamağım əbəs yerə deyildi. Üstündən 20 il keçib, dedim olar, birdən dünyasını dəyişər və ya “obyekti” başqasına satar. Dükanda bir az gəzişib, bir- iki xırda şey alıb çıxmaq istəyirdim. Bir kişi mənə yaxınlaşdı:
– Qardaş, deyəsən, mənimlə maraqlanıbsan.
– Siz kimsiniz?
– Pərvizəm.
– Pərviz kişi, bir dəfə sizinlə burada görüşüm olub, ona görə maraqlandım.
– Yadımdadır, jurnalist deyilsən?
Düzü, onda olan yaddaşa heyran qaldım. Mən onu ilk görüşdən, özünü təqdim etməsəydi, bu şəkildə tanıya bilməzdim.
– Bəli, Pərviz kişi, düz tanıyıbsınız.
İzah etdim ki, təsadüfən buradan keçirdim, maraqlı gəldi deyə, onu soruşmuşam. Pərviz kişidən 20 il əvvəl olan birinci söhbət zamanı yadımda qalan bir detalla maraqlanmaq qərarına gəldim.
– Kabinetiniz qalır?
– Hə, necə var, elədir, həmin şəkil də yerindədir (gülə-gülə)
Bax, mənə də elə maraqlı gələn həmin şəkil söhbəti idi. Bizim Pərviz kişi ilə ilk tanışlığımız niyə baş tutmuşdu? Həmin vaxt bizə informasiya vermişdilər ki, “Pioner”ə kimsə Pərvizlə aralarında olan kriminal zəmindəki “razborka”ya görə “limonka” atıb. Bu hadisəni təfərrüatı ilə qəzetdə yazmışdıq. Pərviz kişi zəng edib, yazıya etiraz etmişdi və dükanda heç bir dağıntının olmadığını demişdi. O vaxt kommunikasiya imkanları indiki kimi deyildi. Məlumatı araşdırmaq üçün, gərək gedib yerində tanış olaydın.Həmin səbəbə görə, Pərviz kişi ilə ilk görüşümüz oldu. Dükanın pəncərələri sınmışdı, ancaq qumbara atılmamışdı. Yəni məlumatımız tam da yalan deyildi. Pərviz müəllimlə otağında oturub söhbət edəndə ona dedilər ki, qəbula iki jurnalist gəlib . Məndən xahiş etdi ki, jurnalist olduğumu deməyim, bu adamları tez yola salsın, sonra söhbətimizi edək. İçəri bir oğlan və bir qız daxil oldui. Pərviz kişi mən, dükanın işçisi kimi təqdim etdi və onlara dedi ki, söhbətlərini edə bilərlər.
İkisi də birdən başladı ki, bəs sizdən çoxlu şikayət var:
– Nə şikayət?
– Görürük ki, faktlar düzdür, sizin otağınızda, həqiqətən, Prezidentin şəkli yoxdur.
– Ay qardaş, mən tacir adamam. Nə vəzifə istəyirəm, nə də başqa şey. O qədər Heydər Əliyevin şəklini başının üstünə vurub, altında başqa əməl törədən adamlar var ki. Məgər şəkillə hər şey ölçülür? Mən istəmirəm ki, o boyda dövlət rəhbərinin fotosunu dükana vurum. Ona görə də, başımın üstünə tacir Hacı Zeynalabdin Tağıyevin şəklini vurmuşam. Çünki özüm də tacirəm.
“Jurnalistlər” əsdilər, coşdular ki, belə şey ola bilməz. Köməkçisini çağırdı ki, uşaqları yola sal. “Həmkarlar” kefləri saz vəziyyətdə, gülə-gülə otağı tərk etdilər. Pərviz kişi ilə məhz indiki anda baş tutan təsadüfi görüşümüz həm də baş verən korrupsiya ilə mübarizə fonunda mənim üçün bəzi paralellər aparmaq baxımından maraq kəsb etdi:
– Pərviz kişi, kabinetinizə baxmaq olarmı?
– Niyə olmur, keçək bir çay içək.
Girən kimi gördüm ki, Hacı Zeynalabdin Tağıyevin həmin fotosu yenə başının üstündədir. Maraqlıdır ki, son günlər xidməti kabinetlərində paçkalarla pulları rüşvət kimi yığan məmurlarla bağlı yayılan əməliyyat çəkilişlərində təəssüf hissi ilə görürük ki, həmin əməlləri törədənlərin başlarının üstündə Prezidentin və ya mərhum Heydər Əliyevin şəkilləri var. Bir daha anladım ki, Pərviz kişi düz deyirmiş, liderin şəklini başının üstünə vurmaq sədaqət meyarı sayıla bilməz.
Tacir Pərviz öz amalına sadiqdir. Yenə öz alverindədir. 20 il ərzində onda dəyişən nə isə görmədim. Olsa-olsa bir az da varlana bilər. Ancaq qarşılarına xalqa xidmət vəzifə kimi qoyulan məmurlar isə başlarının üstünə vurduqları şəkillərin altında qanunsuz alver yolunu seçib, bu dövlətə xeyli ziyan vurdular.
Ona görə deyillər: nə olursansa ol, amma səmimisindən ol! Dövlət məmuru olmaq istəyən adam bilməlidir ki, vəzifə varlanmaq üçün nəzərdə tutulmur, xalqa xidmət etmək üçündür. Varlanmaq istəyən isə Pərviz kişinin seçdiyi yolu tutub, həqiqi alverlə məşğul olmalıdır…
Məhəmmədəli QƏRİBLİ,