azadses.az » Siyasət » "Əlimdə çox ciddi və təkzibolunmaz faktlar var, onlar bundan qorxmalı, mən deyil..."

"Əlimdə çox ciddi və təkzibolunmaz faktlar var, onlar bundan qorxmalı, mən deyil..."

Türkiyədə yaşayan azərbaycanlı iş adamı Mübariz Mənsimov tanınmış bloqer Fuad Abbasovun şəxsi Youtube kanalına müsahibə verib. 

Adətən xeyriyyəçi addımları və layihələri ilə gündəmə gələn "Palmali" Şirkətlər Qrupunun prezidenti qardaş ölkədə yaşasada ölkəmizin ictimai siyası həyatında baş verən ciddi hadisələrə biganə qalmır. Elə bloqer Abbasovun kanalına verdiyi müsahibədə də Mənsimov bir sıra maraqlı fikirləri ilə yadda qalıb. 

Fevralın 15-də Münhen Təhlükəsizlik Konfransı çərçivəsində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Ermənistan Respublikasının Baş naziri Nikol Paşinyanın iştirakı ilə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı paneldə  müzakirələrdən söz düşərkən Mübariz Mənsimov ölkə başçısı İlham Əliyevlə fəxr etdiyini dilə gətirib. Sitat - Mən bir azərbaycanlı olaraq həmin paneli izləyərkən qürur hissi keçirdim. İlham Əliyev Paşinyanı tamamilə küncə sıxışdırdı və səlis ingilis dili, tutarlı tarixi faktlar və ən əsas siyası biliyi və manevri ilə prezidentimiz Ermənistan baş nazirini çaşdırıb “Dağlıq Qarabağ Azərbaycan torpaqlarıdır” ifadəsini  deməsinə qədər məcbur etdi. Bu gün ermənilərin özü belə hələ də həmin görüşü müxtəlif dairələrdə müzakirə edib məğlub olduqlarını etiraf edirlər.

Həmin görüş bir daha onu göstərdi ki, İlham Əliyev böyük siyasətçi Heydər Əliyevin oğludur və sıradan bir ailədə yox, dahi bir siyasətçinin ailəsində böyüyüb. Həmin gün mənim atamın ad günü idi və biz bütün qonaqlarla televizorun qabağında bu müzakirəni izləyib böyük fəxr hissi keçirdərək gözəl bir təəssürat aldıq. Qeyd edim ki, debatı məşhur "Evronews" kanalı ilə yanaşı Türkiyənin demək olar əksər telekanalları öz xəbər lentinə daşıdı”.

Mənsimov daha sonra Azərbaycandakı islahatlara da yer ayıraraq ölkə prezidentinin bu islahatları uğurla başa çatdıraraq ətrafında olan bəzi yarıtmaz məmurları da təmizləyəcəyinə inandığını bildirib. 

Fuad Abbasovun müsahibinə sualları arasında son vaxtlar Mənsimova Türkiyədə “ FETO işi” ilə bağlı açılan cinayət işi də olub. İş adamı maraqlıdır ki, adıçəkilən cinayət işinin sifarişinin Azərbaycandan olduğunu dilə gətirib. Sitat: İnanın çox üzülərək deyirəm ki, sifariş Azərbaycandan gəlib. Amma bu adamlar kiminlə mübarizə apardıqlarını həmişə olduğu kimi unudurlar. Bizim keçmişimiz həmişə qeyd etdiyim kimi təmiz və şəffafdır. Anonim məktublar, yalançı şahidlərə Türkiyə kimi hüququn qorunduğu və kutsal baxıldığı ölkədə kimsə inanmır. Mən də Türkiyədə yeni bir ad və sima deyiləm. Palmali adı Türkiyədə tanınır və sevilir. Adını belə çəkmək istəmədiyim Fətullah Gülənin isə məhz sifariş verənlərlə hansı əlaqələri olduğunu gözəl bilirəm. Burada da xüsusi vurğulayıram ki, əlimdə bu barədə çox ciddi və təkzibolunmaz  faktlar var. Üstəlik, yeni yeni faktları da əlimə keçir. Onlar bundan qorxmalı, mən deyil.”

Bu arada, son günlər Mübariz Mənsimovun ciddi xəstəlik keçirdiyi hətta əməliyyat olunduğu barədə də informasiyalar dövriyyəyə buraxılır. Hələlik bu barədə dəqiq məlumat və açıqlama yoxdur. Yəqin ki, Mənsimov yaxında bu haqda da mövqeyini ortaya qoyacaq.
DAHA ÇOX XƏBƏRLƏR
Ən çox oxunanlar
  1. Xaçmazda 13 yaşlı velosipedçini avtomobil vurub
  2. Füzulidə avtomobil aşıb, sərnişin ağır xəsarət alıb
  3. Hacıqabulda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib
  4. Bakıda yolu keçən gənc qızı avtomobil vurub
  5. Bakıda yolu keçən qadını avtomobil vurub
  6. Bakıda xəsarətlə nəticələnən yol qəzası olub
  7. Suraxanı rayonunda avtomobillər toqquşub, yaralanan var
  8. Nərimanov rayonunda avtomobillər toqquşub, yaralanan var
  9. Sumqayıtda təlim maşını yanıb
  10. Sabunçuda avtomobillər toqquşub, xəsarət alan var
Bütün xəbərlər
Ərdoğan: “İlham Əliyev Türkiyədən iki ədəd “Togg” elektromobili almaq üçün sifariş verib”
Ərdoğan: “İlham Əliyev Türkiyədən iki ədəd “Togg” elektromobili almaq üçün sifariş verib”
Azərbaycan Prezidenti İlham Əliyev Türkiyənin yerli istehsalı olan “Togg” elektromobilini almaq üçün sifariş verib. Türkiyə Ətraflı
Bütün xəbərlər
Bu gün 400-dən çox namizədin dövlət qulluğu vəzifələri üzrə imtahan verməsi gözlənilir
Bu gün 400-dən çox namizədin dövlət qulluğu vəzifələri üzrə imtahan verməsi gözlənilir
Dövlət İmtahan Mərkəzi mayın 12-də inzibati rəhbər vəzifələrə aid olan AB, AC və inzibati icraçı vəzifələrə aid olan BA, BB Ətraflı
DİM 25 minə yaxın şagird və abituriyent üçün Azərbaycan dili fənni üzrə imtahan keçirəcək
DİM 25 minə yaxın şagird və abituriyent üçün Azərbaycan dili fənni üzrə imtahan keçirəcək
Mayın 12-də Dövlət İmtahan Mərkəzi (DİM) tədrisi Azərbaycan dilindən fərqli dillərdə aparılan ümumi təhsil müəssisələrinin 9-cu Ətraflı
Bütün xəbərlər
«    May 2024    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Şou biznes
Türkiyədə narkotik sifariş verən məşhur aktrisa saxlanılıb
Türkiyədə narkotik sifariş verən məşhur aktrisa saxlanılıb
Meqan Markl Nigeriyanı “öz ölkəsi” hesab edir
Meqan Markl Nigeriyanı “öz ölkəsi” hesab edir
2023-cü ildə ən uğurlu superqəhrəman filmi bəlli oldu
2023-cü ildə ən uğurlu superqəhrəman filmi bəlli oldu
Məşhur müğənni səhhəti haqqında: “Ürəyim fasilələrlə döyünür”
Məşhur müğənni səhhəti haqqında: “Ürəyim fasilələrlə döyünür”
“Forsaj11”in premyerası təxirə salındı
“Forsaj11”in premyerası təxirə salındı
Britni Spirs: “Ədalət yoxdur”
Britni Spirs: “Ədalət yoxdur”
Müğənni Madonnadan onu məhkəməyə verən fanatlarına CAVAB
Müğənni Madonnadan onu məhkəməyə verən fanatlarına CAVAB
Keyt Middltonun dayısı Meqan Marklı ictimaiyyət qarşısında təhqir edib
Keyt Middltonun dayısı Meqan Marklı ictimaiyyət qarşısında təhqir edib
Amerika aktyoru Maykl Emmet Uolş vəfat edib
Amerika aktyoru Maykl Emmet Uolş vəfat edib
“Cockney Rebel” qrupunun solisti vəfat edib
“Cockney Rebel” qrupunun solisti vəfat edib