“Öz günahınızı feministlərə yamamayın” – Pərvin Abışova
- 8-03-2020, 18:35
- Cəmiyyət
Hamımız feministlərin əlində vagina rəsmi tutmuş, sex şüarları tutmuş fotolarını paylaşırıq. Onları qınayan, alçaldan statuslar paylaşırıq. Bəs onların bu aksiyasına qarşı hansı addımı atırıq? Hansı nümuməvi jest edirik ki, onların bu hay-küylü “azadlığı”na dəstə-dəstə qoşulan gənclərə mane olaq? Söhbət mentalitetimizdən irəli gələn qulaqburması və evə qapatmadan getmir. Onsuz bilirik ki, nə daha çox qadagan, əlçatmaz olursa, kütlənin meyli hər daim o yerə olur. Söhbət daha maraqlı, ibrətamiz tədbirlərdən, layihələrdən gedir. Məsələn: biz nə vaxt yol kənarında təmizlik işi aparan süpürgəçi bir ananın maşın vurub kənara atmış cəsədi üçün etiraz cə ya aksiya etmişik? Hansı birimiz qaynatası tərəfindən “nar agacının dibinə su tökdü “bəhanəsiylə öldurulən üç uşaq anası üçün səsimizi ucaltmışıq? Hansımız mülk üstündə ölən qardaşının arvadının başını kəsərək “gəzirdi” deyən qeyrət ağacıni silkələmişik? Hansı birimiz Nərmini ,Elinanı öz balalarımızın yerinə qoyub onlar üçün mübarizə aparmışıq? -Susursunuz…
Amma onlar bütün bu sadaladıqlarımın hamısı üçün savaş göstərib. Özləri bacardığı, ağıllarına yerləşən qaydada .
Bu gün aksiya var. Bəli . Neçə gündür o feministik deyən qadınların Azərbaycan milli-mənəvi dəyərlərinə hayqırı olan şüarlarla fotoları ilə bütün sosial şəbəkələri bəzəmisiniz. Soyüş, yazırsız. Sonra başqa biri gəlib başqa fikir bildirir… Bax bu qaydada özünüz də bilmədən onları cəmiyyətə, gəncliyə təbliğ edirik. Fərqindəsinizmi?
Özünü feminist kimi cəmiyyətə yamayanları (hamısına şamil deyil) söyməyə vaxt sərf etdiyiniz zaman heç bu aksiyanı kölgədə qoyacaq nəsə etməyi düşündünüzmü? Məsələn həmin gün Azərbaycanın bütövlüyü uğrunda sağlamlığını, şəxsi həyatını qurban vermiş bir xanım qazini ziyarəti. Gəlinliyi ni kəfəni ilə əvəzləyən bir şəhid qızımızın məzarına gül qoymağı. Bir şəhid anasının bala dərdindən qüzey qarı kimi ağarmış saçlarından öpməyi. Qardaş dərdindən beli qırilmış bir bacının yanağından süzülən yaşı silməyi. Qocalar evində gözü qapida qalan, nankor balasının yolunu gözləyən bir ananın gözünü yoldan ýığmağı sınamısanmı hec? Heç yol kənarında, metro cıxısında gül,salfetka satan, üzü gundə min üz görən, uşaqlığını doya-doya yaşamayan o balaca qız uşagını sevindirmisənmi??? Bəs kimisə niyə qınayırıq biz? Onlar bacarır. Bizim edə bilmədiyimizi öz qurduqları şou ilə məharətlə bacarırlar. Hələ gec deyil. Ya gələcəyimizi xilas etmək üçün addım ataq, ya məğlubiyyətimizlə barışaraq sonsuza qədər susaq!!!
Pərvin Abışova /AzTimes.az/