Gürcüstanda 4 azərbaycanlıda koronavirus şübhəsi
- 27-02-2020, 11:59
- Cəmiyyət
Tiflisdə 10 nəfər xəstəxanaya yerləşdirilib
Ötən gecə Tiflisdə İnfeksion Xəstəliklər Xəstəxanasına daha 10 nəfər yerləşdirilib. Bu barədə Gürcüstanın Səhiyyə naziri Yekaterina Tikaradze məlumat verib.
Nazirin sözlərinə görə, həmin şəxslərdən 5-i İtaliyadan qayıdıb, onlardan 1-i İtaliya, 4-ü Gürcüstan vətəndaşıdır. Beş nəfər isə İrandan qayıdıb. Onlardan 1-i Gürcüstan, 4-ü isə Azərbaycan vətəndaşıdır.
Xatırladaq ki, Azərbayacanın qonşusunda minlərlə insanın ölümünə səbəb olan virus aşkar edilib. Xəstəliyin aşkarlandığı 50 yaşlı şəxs fevralın 25-də İrandan Azərbaycana, buradan isə Gürcüstana keçib. O, Tiflisdə xəstəxanaya yerləşdirilib.
Bu günə kimi adıçəkilən virus Çində 2 744 nəfərin ölümünə səbəb olub. Virusa yoluxmuş 32,4 min nəfər sağalaraq xəstəxanalardan evə buraxılıb.