azadses.az » Siyasət » SON DƏQİQƏ! Milli Məclisə basqın edən dəstənin daha üç üzvü tutuldu (ÖZƏL)

SON DƏQİQƏ! Milli Məclisə basqın edən dəstənin daha üç üzvü tutuldu (ÖZƏL)

Azərbaycan ordusuna dəstək aksiyasından sonra Milli Məclisə basqın etməkdə ittiham olunan mütəşəkkil dəstənin daha üç üzvü məsuliyyətə cəlb olunub.

Demokrat.az-ın əldə etdiyi məlumata görə, Məmişov Taleh Seyidxan oğlu, Quliyev Müşfiq Sahibəli oğlu, Cabbarov Elnur Yusif oğlu hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən həbs olunub.

Nəsimi rayon Məhkəməsinin hakimi Elməddin Hüseynovun sədrliyi ilə Taleh Məmişovun barəsində 3 ay müddətinə həbs qətimkan tədbiri seçilib.

Bundan başqa, Nəsimi rayon Məhkəməsində Ramin Xəlilovun sədrliyi ilə baş tutan iclasda Müşfiq Quliyevin barəsində 3 ay müddətinə həbs qətimkan tədbiri seçilib.

Sözügedən məhkəmədə hakim Solmaz Mustafayevianın sədrliyi ilə baş tutan iclasda Elnur Cabbarovun barəsində həbs qətimkan tədbirinin seçilməsi ilə bağlı istintaq orqanını təqdimatı təmin olunub.

Elnur Cabbarovun barəsində 3 ay müddətinə həbs qətimkan tədbiri seçilib.

Hər üç şəxsin barəsində Cinayət Məcəlləsinin 186.2.1-ci (zərərçəkmiş şəxsə külli miqdarda ziyan vurmaqla əmlakı qəsdən məhv etmə və ya zədələmə), 233-cü (ictimai qaydanın pozulmasına səbəb olan hərəkətləri təşkil etmə və ya bu cür hərəkətlərdə fəal iştirak etmə) və 315-ci (hakimiyyət nümayəndəsinə qarşı müqavimət göstərmə və ya zor tətbiq etmə) maddələri ilə ittiham elan edilib.

Qeyd edək ki, bu günə kimi həbs olunan şəxslər bunlardır:

Həsənov İsmayıl Vaqif oğlu, Quliyev Vüsal Güdüz oğlu, Mövləyev Dəyanət Kərəm oğlu, İmanov Bəxtiyar Bədəl oğlu, Mustafayev  Səyavuş Firudin oğlu, Ramid Zəkrulla, Rəhimli Şəmsi Rasim oğlu, Məmmədov Elvin Sarif oğlu, Əhmədov Seymur İntiqam oğlu, Yusifli Asif Qənbər oğlu, Məmmədov Azər Vaqif oğlu, Babayev Ramiz Həmzə oğlu, Əhmədov Emin Şirməmməd oğlu, Mahmudov Kamil Akif oğlu, Vəliyev Tural Famil oğlu, Məmmədov Elçin Əlisəfa oğlu, Əliyev İlkin Pirəli oğlu, Vahabov Müşfiq Fazil oğlu, Mustafayev Səbuhi Yusif oğlu, Nağıyev Məhəbbət Rövşən oğlu, Novruzov Ceyhun Fərhad oğlu, Məmmədov İsmayıl İltifat oğlu, Mehdiyev Elçin Eldar oğlu, Süleymanov Baba Tahir oğlu, Çobanov Pərvin Nadir oğlu, Məhərrəmov Ayaz Həbib oğlu, Seyfullayev Telman Saleh oğlu, Qəhrəmanlı Fuad Əli oğlu, Məmmədov Fariz Azər oğlu, Mirzəyev Gündüz Vaqif oğlu, Ariz İbadət oğlu.

Qeyd edək ki, məlum olduğu kimi iyulun 14-dən 15-nə keçən gecə Bakı şəhərində Azərbaycan Ordusuna dəstək məqsədilə yürüş keçirilib.

Dinc və vətənpərvər ruhda keçən bu aksiya zamanı bir qrup şəxs ictimai qaydanın kobud surətdə pozulmasına səbəb olan hərəkətlərə yol verərək, Milli Məclisin inzibati binasının qapı-pəncərələrini sındıraraq içəriyə daxil olublar, aksiyanın təhlükəsizliyini təmin edən polis əməkdaşlarına müqavimət göstərməklə zor tətbiq ediblər.

Nəticədə bir neçə polis əməkdaşına müxtəlif dərəcəli bədən xəsarətləri yetirilib, xidməti avtomobillərlə yanaşı, mülki nəqliyyat vasitələrinə də ciddi ziyan vurulub.

Polis əməkdaşları tərəfindən dəfələrlə edilən xəbərdarlıqlara məhəl qoyulmadığından, eləcə də vəziyyətin daha da gərginləşməsinin qarşısının alınması üçün görülən operativ tədbirlərlə ictimai asayiş bərpa edilib.

Qeyd edək ki, təqsirləndirilən şəxslərin hər birinin barəsində 3 ay müddətinə həb qətimkan tədbiri seçilib.

Həbs olunan şəxslərin hər biri Cinayət Məcəlləsinin 186.2.1-ci (zərərçəkmiş şəxsə külli miqdarda ziyan vurmaqla əmlakı qəsdən məhv etmə və ya zədələmə), 233-cü (ictimai qaydanın pozulmasına səbəb olan hərəkətləri təşkil etmə və ya bu cür hərəkətlərdə fəal iştirak etmə) və 315-ci (hakimiyyət nümayəndəsinə qarşı müqavimət göstərmə və ya zor tətbiq etmə) maddələri ilə ittiham elan edilir.

Baş Prokurorluğun İstintaq İdarəsində istintaq davam edir.
DAHA ÇOX XƏBƏRLƏR
Ən çox oxunanlar
  1. Xətai rayonunda yük maşını aşıb, yaralanan var
  2. Suraxanıda avtomobillər toqquşub, 34 yaşlı kişi xəsarət alıb
  3. Bakıda yol qəzasında 1 yaşlı körpə xəsarət alıb
  4. Subunçuda avtomobil aşıb, xəsarət alan var
  5. Şamaxıda 4 yaşlı uşaq yol qəzasında xəsarət alıb
  6. Argentinada 6 maqnitudalı zəlzələ olub
  7. Şanlıurfada yol qəzası olub, ölənlər var
  8. Lerik rayonunda zəlzələ baş verib
  9. Sabunçuda 27 yaşlı gənci avtomobil vurub
  10. Salyanda yay şumu qaldırılır
Bütün xəbərlər
Ərdoğan: “İlham Əliyev Türkiyədən iki ədəd “Togg” elektromobili almaq üçün sifariş verib”
Ərdoğan: “İlham Əliyev Türkiyədən iki ədəd “Togg” elektromobili almaq üçün sifariş verib”
Azərbaycan Prezidenti İlham Əliyev Türkiyənin yerli istehsalı olan “Togg” elektromobilini almaq üçün sifariş verib. Türkiyə Ətraflı
Bütün xəbərlər
Bu gündən Qarabağ Universitetində tədris prosesinə başlanılır
Bu gündən Qarabağ Universitetində tədris prosesinə başlanılır
Sentyabrın 23-dən Xankəndi şəhərində Qarabağ Universitetində tədris prosesinə başlanılır. "Report" xəbər verir ki, Ətraflı
Bu gün 1 500-dən çox namizəd peşəkar mühasib sertifikatı imtahanı verəcək
Bu gün 1 500-dən çox namizəd peşəkar mühasib sertifikatı imtahanı verəcək
Bu gün Dövlət İmtahan Mərkəzi (DİM) peşəkar mühasib sertifikatı (PMS) imtahanının I mərhələsini (mühasibat uçotu üzrə) Ətraflı
Bütün xəbərlər
«    Sentyabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
Şou biznes
Kirkorov Uspenskayaya təzminat ödəyəcək
Kirkorov Uspenskayaya təzminat ödəyəcək
“Titanik”in məşhur mahnısının müəllifi vəfat edib
“Titanik”in məşhur mahnısının müəllifi vəfat edib
Bred Pitt qızı ilə münasibətlərini düzəltmək istəyir
Bred Pitt qızı ilə münasibətlərini düzəltmək istəyir
Sovet kinosunun əfsanəsi Svetlana Svetliçnayanın səhhəti ilə bağlı şok qərarı
Sovet kinosunun əfsanəsi Svetlana Svetliçnayanın səhhəti ilə bağlı şok qərarı
İbrahim Tatlıseslə qızı arasındakı qalmaqal böyüyür: "Evimə basqın etdi, söyüşlər yağdırdı"
İbrahim Tatlıseslə qızı arasındakı qalmaqal böyüyür: "Evimə basqın etdi, söyüşlər yağdırdı"
Məşhur cütlük boşanmağa qərar verdi: Ben Afflekin hansı hərəkəti Cennifer Lopesin ürəyini qırıb?
Məşhur cütlük boşanmağa qərar verdi: Ben Afflekin hansı hərəkəti Cennifer Lopesin ürəyini qırıb?
ABŞ məhkəməsi aktyor Alek Balduinə qarşı iddianı rədd edib
ABŞ məhkəməsi aktyor Alek Balduinə qarşı iddianı rədd edib
Cennifer Lopez və Ben Afflek malikanələrindəki əntiq əşyaları satırlar
Cennifer Lopez və Ben Afflek malikanələrindəki əntiq əşyaları satırlar
Ben Afflek və Cenifer Lopez ayrılıblar?
Ben Afflek və Cenifer Lopez ayrılıblar?
Məşhur aktrisa: "Qadın-kişi tarazlığı deyilən bir şey qalmadı"
Məşhur aktrisa: "Qadın-kişi tarazlığı deyilən bir şey qalmadı"