azadses.az » Hadisə » Rusiyada azərbaycanlı tələbəni qətlə yetirən şəxs həbs edildi

Rusiyada azərbaycanlı tələbəni qətlə yetirən şəxs həbs edildi

Volqoqradda məhkəmə şəhərin Tibb Universitetinin tələbəsi - 17 yaşlı Azərbaycan vətəndaşı Timur Qavrilovun qətlində ittiham edilən Vitali Vasilyev barəsində həbs qərarı çıxarıb.
Azad Səs-in məlumatına görə, bu barədə Volqoqrad vilayəti məhkəmələrinin birləşmiş mətbuat xidmətinin rəhbəri Yekaterina Valkovskaya məlumat verib.
O bildirib ki, "təqsirləndirilən şəxsə qarşı Volqoqrad Mərkəzi Rayon Məhkəməsinin qərarı ilə avqustun 21-dək həbs qətimkan tədbiri seçilib".
Ona qarşı qətl maddəsi üzrə ittiham irəli sürülüb. Mətbuat xidmətinin rəhbəri qeyd edib ki, ilkin istintaq zamanı V.Vasilyev cinayəti törətdiyini etiraf edib.
Xatırladaq ki, iyunun 13-də Volqoqradın mərkəzində yerli Tibb Universitetinin 17 yaşlı tələbəsi, Azərbaycan vətəndaşı Timur Qavrilovun meyiti aşkar edilmişdi. O, bədəninin müxtəlif hissələrinə vurulan bir neçə bıçaq zərbəsi ilə qətlə yetirilmişdi.
Timur Qavrilovun qətlində şübhəli bilinən şəxsin kimliyi tezliklə müəyyən edilmiş və 22 yaşlı Vitali Vasilyev barəsində axtarış elan edilmişdi.
V.Vasilyev bazar günü Smolenskdə, taksidə gedərkən saxlanılıb. İstintaqın iddiasına görə, o, Rusiyanı tərk etmək istəyirmiş.
Mərhumun doğmaları, dostları, tələbə yoldaşları qətlin hansı səbəbdən baş verdiyini hələ də anlaya bilmirlər. Elə müstəntiqlər də qətlin motivini anlamaqda çətinlik çəkirlər. Doğrudan da 22 yaşlı bir gənc tanımadığı, yoldan keçən bir yeniyetməyə axı hansı səbəbdən bıçaq çıxarıb çoxsaylı zərbələr vurmalıdır?
Yəqin ki, istintaq bütün bu və digər suallara aydınlıq gətirəcək.

DAHA ÇOX XƏBƏRLƏR
Ən çox oxunanlar
  1. Qaraçuxurda motosikletçi yol qəzasında xəsarət alan var
  2. Tərtərdə avtomobil beton maneəyə çırpılıb, gənc qız ağır yaralanıb
  3. Səbail rayonunda avtomobillərin toqquşması zamanı ahıl qadın xəsarət alıb
  4. Bakıda yol qəzası olub, xəsarət alan var
  5. Talış Dağlıq zonasında güclü zəlzələ olub
  6. Samuxda narkotik yetişdirməkdə şübhəli bilinən şəxs saxlanılıb
  7. Sabunçu prokurorluğunda 31 yaşlı kişinin qətlə yetirilməsi ilə bağlı cinayət işi açılıb - YENİLƏNİB
  8. Qazaxda avtomobilin vurduğu piyada xəstəxanada ölüb - YENİLƏNİB
  9. Bakıda yolu keçən 42 yaşlı qadını avtomobil vurub
  10. Sabahın hava proqnozu: Leysan xarakterli yağış yağacaq, şimşək çaxacaq
Bütün xəbərlər
Ərdoğan: “İlham Əliyev Türkiyədən iki ədəd “Togg” elektromobili almaq üçün sifariş verib”
Ərdoğan: “İlham Əliyev Türkiyədən iki ədəd “Togg” elektromobili almaq üçün sifariş verib”
Azərbaycan Prezidenti İlham Əliyev Türkiyənin yerli istehsalı olan “Togg” elektromobilini almaq üçün sifariş verib. Türkiyə Ətraflı
Bütün xəbərlər
Bu gün 1 373 namizəd rezidenturaya imtahan verəcək
Bu gün 1 373 namizəd rezidenturaya imtahan verəcək
Bu gün Dövlət İmtahan Mərkəzi rezidenturaya qəbul imtahanının birinci mərhələsi (baza fənləri üzrə biliklərin qiymətləndirilməsi Ətraflı
İngilis dili müəllimləri sertifikasiya imtahanı verəcəklər
İngilis dili müəllimləri sertifikasiya imtahanı verəcəklər
İyunun 22-də ingilis dili müəllimləri sertifikatlaşdırma prosesinin test imtahanı mərhələsində iştirak edəcəklər. Bu barədə Ətraflı
Bütün xəbərlər
«    İyul 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
293031 
Şou biznes
Ben Afflek və Cenifer Lopez ayrılıblar?
Ben Afflek və Cenifer Lopez ayrılıblar?
Məşhur aktrisa: "Qadın-kişi tarazlığı deyilən bir şey qalmadı"
Məşhur aktrisa: "Qadın-kişi tarazlığı deyilən bir şey qalmadı"
Məşhur reper saxta pornonun qurbanı oldu
Məşhur reper saxta pornonun qurbanı oldu
Cennifer Lopeslə Ben Afflekin münasibətlərinin pozulmasının səbəbi məlum oldu
Cennifer Lopeslə Ben Afflekin münasibətlərinin pozulmasının səbəbi məlum oldu
Peris Hiltondan övladlarının tərbiyəsi ilə bağlı gözlənilməz açıqlama: "Qoymayacağam!"
Peris Hiltondan övladlarının tərbiyəsi ilə bağlı gözlənilməz açıqlama: "Qoymayacağam!"
Türkiyədə narkotik sifariş verən məşhur aktrisa saxlanılıb
Türkiyədə narkotik sifariş verən məşhur aktrisa saxlanılıb
Meqan Markl Nigeriyanı “öz ölkəsi” hesab edir
Meqan Markl Nigeriyanı “öz ölkəsi” hesab edir
2023-cü ildə ən uğurlu superqəhrəman filmi bəlli oldu
2023-cü ildə ən uğurlu superqəhrəman filmi bəlli oldu
Məşhur müğənni səhhəti haqqında: “Ürəyim fasilələrlə döyünür”
Məşhur müğənni səhhəti haqqında: “Ürəyim fasilələrlə döyünür”
“Forsaj11”in premyerası təxirə salındı
“Forsaj11”in premyerası təxirə salındı