XİN-in həbs olunan əməkdaşlarından biri məşhur müğənninin atasıdır
- 6-07-2020, 15:42
- Manset
Dövlət Təhlükəsizliyi Xidmətinin Xarici İşlər Nazirliyində apardığı əməliyyat nəticəsində həbs olunan İşlər idarəsinin Təsərrüfat şöbəsinin müdiri Səlim Əlizadə "Eurovision" mahnı müsabiqəsinin iştirakçısı, məşhur müğənni Safura Əlizadənin atasıdır.
DTX-nın məlumatına əsasən, Səlim Əlizadə XİN-in təsərrüfat tələbatları üzrə malların alınması, işlərin görülməsi üçün hesablarına pul köçürülən sahibkarlardan həmin vəsaitin müəyyən hissəsi dəyərində rüşvət alıb.
Məhkəmənin qərarı ilə onun barəsində həbs qətimkan tədbiri seçilib.