azadses.az » Manset » SON DƏQİQƏ!-"Bandotdel" əməliyyat keçirdi

SON DƏQİQƏ!-"Bandotdel" əməliyyat keçirdi

















Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilən növbəti əməliyyat tədbiri nəticəsində ölkə ərazisinə qeyri-leqal yollarla gətirilən külli miqdarda narkotik vasitə və psixotrop maddənin realizə olunmasının qarşısı alınıb. 
DİN-in Mətbuat Xidmətindən  Anews.az-a verilən məlumata görə, Baş İdarə əməkdaşlarının daxil olmuş əməliyyat məlumatı əsasında həyata keçirdikləri tədbir nəticəsində narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən Masallı rayon sakini Emin Əhədov saxlanılıb. Üzərində şəxsi axtarış aparılan zaman ondan 2 qrama yaxın psixotrop maddə metamfetamin aşkar olunaraq götürülüb.

Əməliyyat tədbirlərinin davamı olaraq Baş İdarənin əməkdaşları tərəfindən Emin Əhədovun Yasamal rayonunda yaşadığı evdən 21 kiloqram 508 qram narkotik vasitə heroin və 8 kiloqram 989 qram psixotrop maddə metamfetamin aşkar edilib. Bu  əməliyyat nəticəsində Baş İdarənin əməkdaşları tərəfindən 30 kiloqramdan artıq yüksək təsiredici xassəyə malik narkotik vasitə və psixotrop maddənin qanunsuz dövriyyəyə buraxılmasının qarşısı alınıb.  
Araşdırma zamanı müəyyən edilib ki, Emin Əhədov şəxsiyyəti istintaqa məlum olmayan "Məhəmməd” adlı İran vətəndaşı ilə cinayət əlaqəsinə girərək külli miqdarda narkotik vasitənin Azərbaycana gətirilməsini təşkil edib. Həmin şəxslə "Whatsapp” ani mesajlaşma şəbəkəsi vasitəsi ilə əlaqə saxlayan Emin Əhədov  narkotik vasitələri Füzuli rayonu ərazisində əldə edəndən sonra yaşadığı evdə saxlayıb. Daha sonra o,  narkotik vasitələri Respublikanın müxtəlif yerlərində gizlədib həmin ünvanların şəklini çəkərək İran vətəndaşına göndərməli imiş. Sonuncu isə həmin məlumatları şəxsiyyətləri istintaqla araşdırılan ölkə ərazisindəki narkokuryerlərə ötürməli imiş.  Qeyd edək ki, Emin Əhədov bir neçə dəfə bu yolla həmin şəxsin vasitəsi ilə narkotik vasitələrin Azərbaycana gətirilməsində iştirak edib. 

    Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb, Emin Əhədov tutularaq istintaqa təqdim olunub. Onun barəsində Nərimanov Rayon Məhkəməsinin qərarı ilə 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib.  Cinayət işi üzrə zəruri istintaq və  əməliyyat-axtarış tədbirləri davam etdirilir.

www.anews.az
DAHA ÇOX XƏBƏRLƏR
Ən çox oxunanlar
  1. Zərdabda 27 yaşlı gənc yol qəzasında ağır xəsarət alıb
  2. Bakıda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi olub
  3. Nərimanovda 19 yaşlı gənci avtomobil vurub
  4. Xaçmazda 13 yaşlı velosipedçini avtomobil vurub
  5. Füzulidə avtomobil aşıb, sərnişin ağır xəsarət alıb
  6. Hacıqabulda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib
  7. Bakıda yolu keçən gənc qızı avtomobil vurub
  8. Bakıda yolu keçən qadını avtomobil vurub
  9. Bakıda xəsarətlə nəticələnən yol qəzası olub
  10. Suraxanı rayonunda avtomobillər toqquşub, yaralanan var
Bütün xəbərlər
Ərdoğan: “İlham Əliyev Türkiyədən iki ədəd “Togg” elektromobili almaq üçün sifariş verib”
Ərdoğan: “İlham Əliyev Türkiyədən iki ədəd “Togg” elektromobili almaq üçün sifariş verib”
Azərbaycan Prezidenti İlham Əliyev Türkiyənin yerli istehsalı olan “Togg” elektromobilini almaq üçün sifariş verib. Türkiyə Ətraflı
Bütün xəbərlər
Bu gün 400-dən çox namizədin dövlət qulluğu vəzifələri üzrə imtahan verməsi gözlənilir
Bu gün 400-dən çox namizədin dövlət qulluğu vəzifələri üzrə imtahan verməsi gözlənilir
Dövlət İmtahan Mərkəzi mayın 12-də inzibati rəhbər vəzifələrə aid olan AB, AC və inzibati icraçı vəzifələrə aid olan BA, BB Ətraflı
DİM 25 minə yaxın şagird və abituriyent üçün Azərbaycan dili fənni üzrə imtahan keçirəcək
DİM 25 minə yaxın şagird və abituriyent üçün Azərbaycan dili fənni üzrə imtahan keçirəcək
Mayın 12-də Dövlət İmtahan Mərkəzi (DİM) tədrisi Azərbaycan dilindən fərqli dillərdə aparılan ümumi təhsil müəssisələrinin 9-cu Ətraflı
Bütün xəbərlər
«    May 2024    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Şou biznes
Türkiyədə narkotik sifariş verən məşhur aktrisa saxlanılıb
Türkiyədə narkotik sifariş verən məşhur aktrisa saxlanılıb
Meqan Markl Nigeriyanı “öz ölkəsi” hesab edir
Meqan Markl Nigeriyanı “öz ölkəsi” hesab edir
2023-cü ildə ən uğurlu superqəhrəman filmi bəlli oldu
2023-cü ildə ən uğurlu superqəhrəman filmi bəlli oldu
Məşhur müğənni səhhəti haqqında: “Ürəyim fasilələrlə döyünür”
Məşhur müğənni səhhəti haqqında: “Ürəyim fasilələrlə döyünür”
“Forsaj11”in premyerası təxirə salındı
“Forsaj11”in premyerası təxirə salındı
Britni Spirs: “Ədalət yoxdur”
Britni Spirs: “Ədalət yoxdur”
Müğənni Madonnadan onu məhkəməyə verən fanatlarına CAVAB
Müğənni Madonnadan onu məhkəməyə verən fanatlarına CAVAB
Keyt Middltonun dayısı Meqan Marklı ictimaiyyət qarşısında təhqir edib
Keyt Middltonun dayısı Meqan Marklı ictimaiyyət qarşısında təhqir edib
Amerika aktyoru Maykl Emmet Uolş vəfat edib
Amerika aktyoru Maykl Emmet Uolş vəfat edib
“Cockney Rebel” qrupunun solisti vəfat edib
“Cockney Rebel” qrupunun solisti vəfat edib