azadses.az » Hadisə » Gürcüstanda cinayət törədib Bakıda gizlənən şəxs tutuldu - "arsenalı" üzə çıxdı

Gürcüstanda cinayət törədib Bakıda gizlənən şəxs tutuldu - "arsenalı" üzə çıxdı

Elcan Cəfərovun evindən tapança, qumbara, patron, narkotik tapılıb
Gürcüstanda ağır cinayət törədərək Bakıda gizlənən silahlı şəxs Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən tutulub.
Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən əllərdə qanunsuz saxlanılan odlu silah-sursatın aşkar edilməsi istiqamətində bir neçə əməliyyat tədbiri həyata keçirilib.
DİN-dən verilən məlumata görə, Baş İdarəyə Elcan adlı şəxsin evində qanunsuz olaraq odlu silah-sursat gizlətməsi barədə əməliyyat məlumatı daxil olub. Keçirilən təxirəsalınmaz tədbir nəticəsində həmin şəxs, Gürcüstan Respublikasının Cinayət Məcəlləsinin 108-ci (qəsdən adam öldürmə) maddəsi ilə beynəlxalq axtarışda olan, həmin ölkənin vətəndaşı Elcan Cəfərov paytaxtın Xətai rayonu ərazisində tutulub. Onun kirayədə yaşadığı mənzilə baxış zamanı oradan 1 ədəd nömrəsi silinmiş “Makarov” markalı tapança, 1ədəd “F-1” qumbarası, 32 ədəd partron, habelə 8,895 qram narkotik vasitə heroin və 4,403 qram psixotrop maddə hesab edilən metamfetamin aşkar olunaraq götürülüb.
Araşdırma zamanı E.Cəfərovun cinayətkar mühitə meyilli şəxs olduğu və əvvəllər dəfələrlə Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə məhkum edildiyi məlum olub. E.Cəfərov Gürcüstan Respublikasında ağır cinayət törətdiyi üçün bir müddət imiş ki, Bakı şəhərində gizlənirmiş.
Baş İdarə əməkdaşları tərəfindən keçirilən daha bir uğurlu tədbir zamanı Balakən rayon sakini əvvəllər məhkum olunmuş Əli Muğumov Abşeron rayonu Mehdiabad qəsəbəsi ərazisində tutulub. Onun qəsəbə ərazisində kirayədə yaşadığı mənzilə baxış zamanı 1 ədəd “Makarov” markalı tapança, həmin silaha məxsus 1 ədəd sandıqça və 16 ədəd patron aşkar edilərək götürülüb.
E.Cəfərov və Ə.Muğumov barəsində Baş İdarənin İstintaq və Təhqiqat İdarəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb və barələrində Nərimanov rayon məhkəməsinin qərarı ilə həbs qətimkan tədbiri seçilib. Saxlanılan şəxslərin ətralarının və onların cinayət əlaqələrinin müəyyən edilməsi istiqamətində əməliyyat-axtarış tədbirləri davam etdirilir. Bu şəxslərin əməllərindən zərərçəkən başqa vətəndaşlar varsa Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə müraciət edə bilərlər.


DAHA ÇOX XƏBƏRLƏR
Ən çox oxunanlar
  1. Zərdabda 27 yaşlı gənc yol qəzasında ağır xəsarət alıb
  2. Bakıda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi olub
  3. Nərimanovda 19 yaşlı gənci avtomobil vurub
  4. Xaçmazda 13 yaşlı velosipedçini avtomobil vurub
  5. Füzulidə avtomobil aşıb, sərnişin ağır xəsarət alıb
  6. Hacıqabulda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib
  7. Bakıda yolu keçən gənc qızı avtomobil vurub
  8. Bakıda yolu keçən qadını avtomobil vurub
  9. Bakıda xəsarətlə nəticələnən yol qəzası olub
  10. Suraxanı rayonunda avtomobillər toqquşub, yaralanan var
Bütün xəbərlər
Ərdoğan: “İlham Əliyev Türkiyədən iki ədəd “Togg” elektromobili almaq üçün sifariş verib”
Ərdoğan: “İlham Əliyev Türkiyədən iki ədəd “Togg” elektromobili almaq üçün sifariş verib”
Azərbaycan Prezidenti İlham Əliyev Türkiyənin yerli istehsalı olan “Togg” elektromobilini almaq üçün sifariş verib. Türkiyə Ətraflı
Bütün xəbərlər
Bu gün 400-dən çox namizədin dövlət qulluğu vəzifələri üzrə imtahan verməsi gözlənilir
Bu gün 400-dən çox namizədin dövlət qulluğu vəzifələri üzrə imtahan verməsi gözlənilir
Dövlət İmtahan Mərkəzi mayın 12-də inzibati rəhbər vəzifələrə aid olan AB, AC və inzibati icraçı vəzifələrə aid olan BA, BB Ətraflı
DİM 25 minə yaxın şagird və abituriyent üçün Azərbaycan dili fənni üzrə imtahan keçirəcək
DİM 25 minə yaxın şagird və abituriyent üçün Azərbaycan dili fənni üzrə imtahan keçirəcək
Mayın 12-də Dövlət İmtahan Mərkəzi (DİM) tədrisi Azərbaycan dilindən fərqli dillərdə aparılan ümumi təhsil müəssisələrinin 9-cu Ətraflı
Bütün xəbərlər
«    May 2024    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Şou biznes
Türkiyədə narkotik sifariş verən məşhur aktrisa saxlanılıb
Türkiyədə narkotik sifariş verən məşhur aktrisa saxlanılıb
Meqan Markl Nigeriyanı “öz ölkəsi” hesab edir
Meqan Markl Nigeriyanı “öz ölkəsi” hesab edir
2023-cü ildə ən uğurlu superqəhrəman filmi bəlli oldu
2023-cü ildə ən uğurlu superqəhrəman filmi bəlli oldu
Məşhur müğənni səhhəti haqqında: “Ürəyim fasilələrlə döyünür”
Məşhur müğənni səhhəti haqqında: “Ürəyim fasilələrlə döyünür”
“Forsaj11”in premyerası təxirə salındı
“Forsaj11”in premyerası təxirə salındı
Britni Spirs: “Ədalət yoxdur”
Britni Spirs: “Ədalət yoxdur”
Müğənni Madonnadan onu məhkəməyə verən fanatlarına CAVAB
Müğənni Madonnadan onu məhkəməyə verən fanatlarına CAVAB
Keyt Middltonun dayısı Meqan Marklı ictimaiyyət qarşısında təhqir edib
Keyt Middltonun dayısı Meqan Marklı ictimaiyyət qarşısında təhqir edib
Amerika aktyoru Maykl Emmet Uolş vəfat edib
Amerika aktyoru Maykl Emmet Uolş vəfat edib
“Cockney Rebel” qrupunun solisti vəfat edib
“Cockney Rebel” qrupunun solisti vəfat edib