Azərbaycanda Icra Başçısı DTX Tərəfindən Saxlanıldı
- 19-12-2019, 13:26
- Manset
Azərbaycanda sensasiya sayıla biləcək hadisə baş verib.
Azadsəs BakuPost-a istinadən xəbər verir ki, hüquq-mühafizə orqanları əməkdaşları rayon İcra Hakimiyyəti başçılarından birini həbs ediblər. Məlumatda bildirilir ki, icra başçısıyla yanaşı onun müavini də saxlanılıb. Hazırda onların mənzillərində axtarışlar aparılır.
Qeyd edək ki, sözügedən icra başçısı rəhbərlik etdiyi rayona 5-6 ay əvvəl təyin olunub.
Unikal.org isə saxlanılan başçının adını açıqlayıb. Bildirilir ki, həbs olunan şəxs Ağstafa rayon İcra hakimiyyətinin başçısı Quliyev Nizaməddin Məhəmməd oğlu və müavini Tatarov Ramiz Cahangir oğludur.
“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, N.Quliyev dünən axşam saatlarında Dövlət Təhlükəsizlik Xidməti əməkdaşları tərəfindən rüşvət alarkən cinayət başında yaxalanıb.
Hazırda DTX-da saxlanılan başçının ətrafında axtarış və araşdırmalar davam etdirilir.
Gün ərzində hadisəylə bağlı rəsmi açıqlama veriləcək.
Qeyd edək ki, N.Quliyevin oğlu Ramin Quliyev Nərimanov rayon Məhkəməsində hakim işləyir, digər oğlu isə Baş Prokurorluğun Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsində vəzifə tutur.
Xatırladaq ki, N. Quliyev bu ilin aprel ayında Goranboy İcra başçısı vəzifəsindən azad edilərək Ağstafaya təyin edilmişdi.