Ərdoğan bir milyon suriyalının geri qaytarılması üçün planlaşdırılan layihəni AÇIQLADI
Türkiyə Prezident Rəcəb Tayyib Ərdoğan suriyalıların könüllü şəkildə ölkələrinə qaytarılması üçün planlaşdırılan layihəni açıqlayıb.
O, qeyd edib ki, Türkiyə nəinki suriyalı qaçqınlara qapılarını açıb, həm də onların evlərinə qayıtmaları üçün əlindən gələni edib:
“Türkiyənin Suriyadakı faciə ilə əlaqədar sərhədyanı əməliyyatlara başladığı 2016-cı ildən bu yana təxminən 500 min suriyalı təhlükəsiz bölgələrə qayıdıb. Biz bunu könüllü qayıdış layihələri ilə dəstəkləyirik. İndi biz bir milyon suriyalı qardaşımızın könüllü geri qayıtmasını təmin edəcək yeni layihənin hazırlanması mərhələsindəyik”.