İŞİD üzvü olmuş 150 terrorçu Türkiyədən deportasiya edilib
- 3-01-2020, 15:21
- Manset
İŞİD terror təşkilatının üzvü olmuş 150 nəfər əcnəbi terrorçu Türkiyədən deportasiya edilib.
Azadsəs-in“Anadolu” agentliyinə istinadən xəbərinə görə, bu barədə bu gün Türkiyə Daxili İşlər nazirinin müavini İsmayıl Çataklı bildirib.
Onun sözlərinə görə, 2019-cu il noyabrın 11-dən etibarən Türkiyədən deportasiya edilən İŞİD terrorçularının sayı 150-yə çatıb.
Nazir müavini Türkiyədən öz ölkələrinə qayıdan suriyalı miqrantların da sayını açıqlayıb. O qeyd edib ki, Suriyaya qayıdan miqrantların sayı 373 592 nəfərdir.