Zərif Türkiyəyə gedir - Gündəmi açıqlandı
- 28-01-2021, 16:48
- Dünya
İranın Xarici İşlər naziri Məhəmməd Cavad Zərif Türkiyəyə səfər edəcək.
''Azad Səs'' Publika.az-a istinadən xəbər verir ki, bu barədə Türkiyə Xarici İşlər Nazirliyi məlumat yayıb.
Bildirilib ki, Zərif 29 yanvar 2021-ci il tarixində Ankaraya gedəcək. Səfər çərçivəsində ölkələrin ikili münasibətləri bütün miqyaslarda müzakirə ediləcək. Regional və beynəlxalq hadisələr barədə fikir mübadiləsi aparılacaq.
Qeyd edək ki, M.C.Zərif Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Azərbaycan Prezidenti İlham Əliyevin təklifi ilə yaradılması planlaşdırılan “Altılıq” əməkdaşlıq platforması çərçivəsində regional tura çıxıb.