Ərdoğan Konstitusiya dəyişikliyini vacib sayır
“Anadolu” agentliyinin məlumatına əsasən, Türkiyə lideri söyləyib ki, hazırkı Konstitusiya öz aktuallığını itirib.
“Türkiyənin yeni və sivil Konstitusiyanı müzakirəyə çıxarması dəyişən şərtlərin qaçılmaz diktəsidir”, - deyə R.T.Ərdoğan söyləyib.
Türkiyə prezidenti qeyd edib ki, mümkün konsensusla ərsəyə gələcək yeni Konstitusiyanın mətni mütləq xalqın təsdiqi üçün təqdim ediləcək.