Almaniyada Azərbaycandan gedən erməni mafiyasına qarşı əməliyyat
- 23-01-2020, 11:33
- Hadisə
Ermənilər 90-cı illərində Almaniyaya saxta sənədlə gediblər
Almaniyanın Erfrut şəhərində ötən gün yanvarın 22-də səhər saatlarında böyük sayda polis qüvvələri cəlb olunmaqla erməni mafiyasına qarşı əməliyyat keçirilib.
Əməliyyat Ermənistandan olan bir qadın və kişi barədə aparılan təhqiqatla bağlı olub. Onlar ötən əsrin 90-cı illərində Almaniyaya saxta sənədlə gediblər və 2014-cü ilin yayında Erfrutda baş vermiş atışma ilə bağlılıqları var.
Türingiya əyalətinin kriminal polis İdarəsinin 62-ci şöbəsinin müstəntiqləri və mütəşəkkil cinayətkarlıqla mübarizə üzrə mütəxəssislər iri polis qüvvələrini cəlb etməklə eyni zamanda iki obyektdə yoxlama aparıblar. Daha sonra onlarla polis şəhərdəki restoranlardan birində, Mixaeliştrassedəki barda və şəhərin varlılar yaşayan Hohhaym məhəlləsindəki dəbdəbəli villada da axtarış həyata keçirib. Şübhəlilərin yaxınlıqda park edilmiş və dəyəri milyonlarla avro olan avtomobillərinə də baxış keçirilib. Polisin bildirdiyinə görə, həbslər olmayıb.
Bildirilir ki, Erfrutda ermənilərin restoranı 2017-ci ildə də mafiya “razborkasına” şahid olub. Həmin vaxt restoranın işçiləri yaralanıb, amma məhkəmədə iddiaçı qismində çıxış etməkdən imtina ediblər. Müstəntiqlər ehtimal edirlər ki, bu “razborka” Erfrutdakı iki düşmən erməni klanı arasında çəkişmə ilə bağlı idi.
2014-cü ildə restoran və onun işçiləri şiddətli atışmada rol alıblar. Həmin vaxt Erfrutdan olan erməni mafiyası ilə Leypsiq və Berlindən gələn erməni klanı nümayəndələri atışıblar. İki nəfər ciddi yaralanıb. Müstəntiqlər çoxdan şübhələnirdilər ki, həmin restoranda erməni mafiyasının izləri var. Lakin restoranı işlədənlər dindirmə zamanı bunu dəfələrlə inkar ediblər.
İndiki halda saxta sənədlə Almaniyada yaşayan həmin ermənilərin izləri Frayenbessingenə aparır. 1990-cı illərin əvvəllərindən başlayaraq orada Azərbaycandan köçən ermənilər qaçqın kimi məskunlaşıblar. Araşdırmalar göstərir ki, Erfurtdakı erməni mafiyasının üzvlərinin əksəriyyəti məhz Azərbaycandan gedən ermənilərdir. Onların bir çoxu 90-cı illərdə saxta sənədlərlə Almaniyaya gediblər. Mafiya üzvlərinin arasında iki qardaş da var və onlar restorandakı atışmaya görə Erfrut məhkəməsi qarşısında dayanıblar. Adları açıqlanmayan həmin qadın və kişi isə Erfrutda saxta sənədlərlə çoxsaylı bahalı daşınmaz əmlak alıb. /virtualaz/