Rafael Ağayev: "Orduya yazılmışam, zəng gözləyirəm"
- 1-10-2020, 14:18
- Mədəniyyət
"Vəziyyət açıq-aydın göz qabağındadır. Hamı təlaş içində qələbə xəbərini gözləyir. Ordumuza dəstəyik və bunu hər zaman göstəririk".
Bu fikirləri "Report"a açıqlamasında karate üzrə 5 qat dünya və 11 qat Avropa çempionu Rafael Ağayev cəhbə bölgəsində baş verən hadisələrlə bağlı danışarkən deyib.
35 yaşlı idmançı Ermənistan millisinin və İtaliya "Roma"sının futbolçusu Henrik Mxitaryanın Qarabağla bağlı səsləndirdiyi fikirlərə münasibət bildirib: "Mxitaryan yatıb-yatıb indi özündən fikirlər çıxarır. Bütün əsrlər boyu dünya bilir ki, Qarabağ Azərbaycanındır. Bu, birmənalıdır. Biri var ki, hansısa söhbətin, məsələnin iki başı olar, amma bunun bir başı var. Qarabağ Azərbaycanındır. Ermənilər dildə çox şey deyə bilərlər. Qarabağ bizim keçmişimizdir. Ermənilərin mənasız fikirləri barədə danışanda belə əsəbiləşirəm, tüklərim biz-biz olur. Yenə deyirəm və hamı bilir ki, Qarabağ Azərbaycanındır. Əvvəl necə olub indi də elə olacaq. Mxitaryan çox şey deyə bilər. O, ağzına gələni danışıbsa, mən də həqiqətləri dedim".
Ağayev indiki məqamda səbrli olmağın gərəkliyini vurğulayıb, şəhidlərimizə başsağlığı verib: "Səbrli olmalıyıq. Allah Ali Baş Komandanımızı, əsgərlərimizi qorusun. Dünyasını dəyişənlərə rəhmət diləyirik. Allah bütün şəhidlərimizə rəhmət eləsin. Şəhid anaları bizim analarımız, bacıları bizim bacılarımızdır. Qardaşlarımıza Allah rəhmət eləsin".
Tanınmış idmançı Tovuz döyüşlərindən sonra onlayn şəkildə orduya yazıldığını və hazırda zəng gözlədiyini sözlərinə əlavə edib: "Bunu reklam etmək istəmirəm, amma zəng gözləyirik. Mən və mənim kimi minlərlə gənc döyüşməyə hazırdır. Qələbə qazanaq və bayrağımızı Qarabağa sancaq. Sağ qalsaq və ya şəhid olsaq, nə xoş bizim halımıza. Hər insana şəhidlik qismət olmur. Azərbaycan kişiləri hər an döyüşməyə hazırdır".