Deputat: "Qarabağ məsələsinin arxasında bütün xalq dayanıb"
- 28-09-2020, 09:18
- Siyasət
"Bu gün Azərbaycan dövləti nə qədər humanist və sivil bir dövlət olduğunu bir daha sübut etdi. Təsəvvür etmək həqiqətən mümkün deyil. Düşünəndə ki, 30 il sənin torpağını işğal altında saxlayan, tarix boyu təcavüzlər, təxribatlar törədən, Xocalı kimi ağır bir faciəni yaşadan xalqın əli silahlı nümayəndələrinə təslim olmaları təklif olunur, döyüş zamanı itkiləri çoxaltmaq istəməyən komandanlıq bir daha insani hislərin bariz nümunəsini nümayiş etdirib".
"Azad Səs"in məlumatına görə, bu fikirləri Milli Məclisin deputatı Müşfiq Cəfərov bildirib.
"Hər təxribat sonrası Azərbaycanı günahlandıran Ermənistan artıq dünyanın gözünü necə boyayacaq? Dünya bir daha görsün ki, sivil cəmiyyət necə olur. Bütün beynəlxalq qurumlar gözlərini açıb bu münaqişəyə diqqət yetirsinlər, yaxşı təhlillər aparıb düzgün qərarlar versinlər. Bundan sonra beynəlxalq müzakirə masalarında bildirilməlidir ki, Azərbaycan ordusu nəinki dinc əhalini hədəf almır, hətta öz torpaqlarını işğal etmiş əli silahlı seperatçı və terrorçulara da təslim olacağı təqdirdə, zərər yetirməyəcəyini bildirir. Həmin anda belə düşmən qüvvələrinə deyilib ki, əsirlər və mülki girovlarla davranış Cenevre Konvensiyasının tələbləri, həmçinin beynəlxalq hüququn bütün normalarına uyğun həyata keçiriləcək" deyə o, əlavə edib.
Deputatın sözlərinə görə, Prezident İlham Əliyev cəbhəboyu vəziyyəti bütün beynəlxalq təşkilat və qurumlara olduğu kimi bildirib, regionun sabitliyi üçün Ermənistanın tezliklə təcavüzü dayandırmalı olduğunu və sülh, ədalətin bərqərar olmasının vacibliyini vurğulayıb: "Dünya bilməlidir ki, Azərbaycanın daxilində müxtəlif fikirli partiyalar fəaliyyət göstərir və bu gün bütün ölkə Qarabağ haqq savaşında sabit fikirə sahibdir. Yəni Qarabağ Azərbaycanın tərkib hissəsidir. Bu haqqımızı dünya birlikləri təmin etsin. Qarabağ məsələsinin arxasında bütün xalq dayanıb, bütün insanlarımız bu savaşın içinə könüllü atılırlar. Hər bir vətəndaş böyük ruh yüksəkliyi ilə dövləti dəstəkləyir. Azərbaycanda xalqla, vətəndaşla hesablaşan, açıq hesablılıq sistemi ilə fəaliyyət göstərən demokratik dövlət bərqərar olub və bu dövlət də öz torpaqlarını işğaldan azad edəcək. Bütün bu proseslər bir daha göstərir ki, Azərbaycan dövləti cəbhədə uğur qazanıb, beynəlxalq müstəvidə mövqeyini möhkəmləndirir".Report