“Filmin təsdiq olunması üçün büdcənin yarısını Mədəniyyət Nazirliyinə verməlisən” – Kənan M.M
- 15-05-2020, 10:31
- Cəmiyyət
Mədəniyyət naziri olmaq istəyən Kənan Mahmudov: “Əbülfəs Qarayevin həbsinə sevinmərəm, amma balıq başından iylənər”
Bir müddət öncə Mədəniyyət naziri olmaq istədiyini dilə gətirən rejissor Kənan M.M (Mahmudov) DTX-nın nazirlikdə apardığı əməliyyatdan danışıb.
Azad Səs xəbər verir ki Musavat.com-un suallarına cavab verən rejissor bildirib ki, nazirliyin əməkdaşlarının həbs olunması heç nəyi dəyişməyəcək. Müsbətə doğru dəyişiklik üçün tərkibi dəyişməlidir:
“Biz kimin üçün özümüzü oda-közə vururuq? Mədəniyyət Nazirliyindəki həbslər çarə deyil. Hər gələn nə isə edir, tutulur, belə olmaz. Həbs olunmamaq üçün birinci vicdanlı olmaq lazımdır, vətəni, milləti, dili sevmək lazımdır. Həqiqətən xidmət etdiyin sahədə rəhbər olmalısan. Mən bu yaşdan sonra zərgər işləyə bilmərəm, çünki rejissoram. Balıq başından iylənər”.
– Dəfələrlə sosial şəbəkədə Mədəniyyət Nazirliyinin əməkdaşlarının sizə qarşı haqsızlıqlar etdiyi barədə yazmısınız.
– Düzdür. Amma indi elə vəziyyətdir ki… Söhbət ciddi həbsdən gedir, buna sevinmək olmaz. Əqidəm buna imkan vermir. Kaş, belə olmazdı, amma özü yıxılan ağlamaz. Allah köməyi olsun, qapısını açsın, imkan versin səhvlərini düzəltsin.
– Bir dəfə Mədəniyyət naziri olmaq istədiyinizi də dilə gətirmişdiniz. Bu sözləriniz medianın gündəmini zəbt etmişdi.
– Cəmiyyətdə elə vəziyyət yaranıb ki, kasıblar tanımadığı varlılara varlı olduqları üçün nifrət edir. Bütün kasıblar mələk olmadığı kimi bütün varlılar qəddar, zalım deyil. Cəmiyyət zalımlarını tanıyır. Zamanla haqq-ədalət yerini tutur. Mən səhifəmdə yazmışdım ki, cənab nazir, təmizlik işləri aparmaq lazımdır. Bu təmizlik tək Mədəniyyət Nazirliyinə yox, Yazıçılar İttifaqına da, jurnalistika sahəsinə də, televiziyaya da, bəzi xəbər saytlarına da lazımdır. Mədəniyyətimiz, musiqimiz nə gündədir?! “Youtube” kanalında kim çox izlənirsə, onu efirə çağırırlar. Xaricdəkilər bizim televiziyalara baxanda elə bilirlər ki, mədəniyyətimiz, musiqimiz çıkıda-çıkıdadan ibarətdir. Yüzlərlə milyonlar hesabına filmlər çəkilib. Hanı o filmlər? Bir dəfə qala gecəsi edirlər, yığışdırırlar.
Çünki tamaşaçı baxsa, bilet satılsa, pulu bölə bilməyəcəklər. Pulun yarısı Mədəniyət Nazirliyi filmi təsdiq edəndə gedir. Allah bizə səbr versin. Onu bilirəm ki, indiki Mədəniyyət Nazirliyindəki rəhbərlər olduqca mən dövlət hesabına film çəkə bilməyəcəyəm. Çünki başqa-başqa dünyaların insanlarıyıq. Amma doğrudan Mədəniyyət Nazirliyində yaşananlara üzüldüm. Allahın verdiyi naz-nemətlərdən istifadə edib rüşvət yığa bilərsən, amma insanların istedadından istifadə edib, rüşvət yığa bilməzsən. Bu istedadı mənə Allah verib. Amma sən məni sənətdən küsdürürsən, incidirsən, məhv edirsən. Belə davam etsə, 10 il sonra Azərbaycanda mədəniyyət adında heç nə qalmayacaq, nə musiqi, nə kinomuz olacaq.
– Bayaq qeyd etdiniz ki, filmin təsdiq edilməsi üçün büdcənin yarısını verməlisən. Mədəniyyət Nazirliyində sizdən rüşvət istənilib?
– Yalan deyərəm başıma belə hadisə gəlməyib. Mədəniyyət Nazirliyində məni tanıyan yoxdur. 20 illik karyerası olan Kənanı nazirlikdə tanımırlar. Nə fəxri ad, nə incəsənət xadimi adı verilməyib. Mən Allahın mənə verdiyi, tamaşaçıların qazandırdığı təmiz adın izindəyəm.
– Həqiqətən sizi tanımırlar, yoxsa görməzdən gəlirlər?
– Onlar mənə dırnaqarası baxırlarsa, mən də onlara barmaqarası baxıram. Mən işimdə-gücümdəyəm. Yeni serial çəkirəm, yeni mövsümdə ekranda olacaq. Əbülfəs müəllim vəzifədən getsə, mənə nə, getməsə, mənə nə? Onsuz məni tanımır. Varlığımdan xəbəri yoxdur.
– Sənətçilərə rüşvət qarşılığı vəzifə verildiyi də bəlli oldu.
– Xalq artistləri, əməkdar artistlər, mədəniyyət işçiləri var ki, nə mən, nə də xalq onları tanıyır. Amma tanıyan tanıyıb ki, fəxri ad alıblar. Onlara nə qədər önəmlidir ki, fəxri adı pulu ilə alırlar? Bilirlər ki, əməkdar, xalq artisti deyillər. Bu yalançı oruc tutmaq kimi bir şeydir. Hamıya deyirsən, orucam, amma mətbəxdə yeyirsən. O vəsiqəni daşımağın nə anlamı var? Mən nə geyinsəm də, saçımı necə darasam da, Kənan M. M-əm. Bu yaşananlara o şəxsin ailəsi adından çox üzülürəm, amma mədəniyyət işçisi kimi sevinirəm. Gərək insan zamanında etriaf etsin ki, mən bu işdə olmamalıyam.
Könül İbrahim,
Musavat.com