azadses.az » Cəmiyyət » Şuşanın icra başçısı Bayram Səfərov:'"Əlimdə imkan olsa Paşinyani qayadan tufulladaram."

Şuşanın icra başçısı Bayram Səfərov:'"Əlimdə imkan olsa Paşinyani qayadan tufulladaram."

Şuşanın icra başçısı Bayram Səfərov AzTimes.az saytına müsahibəsində Paşinyanın Şuşa şəhərinə bu gün baş tutacaq səfəri ilə gəzən söhbətlərə münasibət bildirib. O, deyib ki, əlimdə imkan olsa Paşinyani qayadan tufulladaram.
-Bayram bəy, iddia olunur ki, Paşinyan bu gün Şuşaya səfər edəcək. Buna münasibətiniz?
Nə münasibət bildirim ona? Sizin münasibətiniz necədir? Mən də sizin kimi azərbaycanlıyam, demək ki, mənim də münasibətim pisdir də. Mən ona yaxşı ola bilmərəm. Şuşa mənim vətənimdir. 
-Bununla bağlı hər hansı bir bəyanat vermisiz?
Bura bax, bir ela bəyanat verilir, mənim bəyanatımla nə olacaq? BMT-nin qətnamələri var.. Bunlar həyasız adamlardırlar. Nə qədər ki, bunların tərəfini saxlayanlar var mənim bəyanat verib, verməməyim nəyi dəyişəcək? 
Bu gün hamı Şuşalı olmalıdır. Şuşa mayın 8-dən, 8-nə yada düşməməlidir. 
- Ötən il saytlardan birinə Paşinyanın Şuşaya səfəri ilə bağlı məsahibənizdə bir ifadəniz müzakirə mövzusu oldu: "Paşinyan Şuşaya səfər ətdiyi yerdə qılçaları qırılsın". Həqiqətən bu ifadələr sizə məxsusdur?
Siz onsuz da bundan başqa bir şey bacarmırsız. Hər sözdə bir məna axtarırsız.. Mən nə demişdim ki? Demişdim getdiyi yerdə qılçaları qırılsın! Nə deməliydim, jurnalist məni muştulluqluyurdu? 
Bura bax, öz gözünüzdəki tirləri görmürsüz mənim gözümdə tük axtarırsız. Jurnalistlər illərdir söz tapmır eyni sözləri hər dəfə təkrar edirlər. Sonra da deyirlər ki, Bayram müəllim jurnalistlərlə münasibət saxlamır. Paşinyan yanımda getdiyi yerdə onu qayadan aşırdaram! Bura bax, onu qayadan tufulladaram. Mən xalqımıda sevirəm, vətənimi də sevirəm, torpağım uğrunda, cənab Prezidentimiz uğrunda hər zaman ölümə getməyə hazıram.
- Sizin fikrinizcə Qarabağın azadlığı müharibədən, yoxsa danışıqlardan keçir?
Düzünü bilmək istəyərsinizsə mən sülh yolunu seçirəm. 
- Əminsiz ki, sülh yolu ilə azad olunacaq?
Mən Şuşalıyam, Şuşada döyüşlər də olan insanları görmüşəm. Anaları övladsız qalan, qardaşları şəhid olanları, qız-gəlinləri dul qalan görmüşəm. Uşaqlar yetim qalıb, qan tökülüb, gözümün qarşısında snaryad dəyib qadının qolu yerə düşüb... Mən bunların hər birinin şahidu olmuşam.
-Bayram bəy, siz döyüşlərdə iştirak etmisiz?
Mən Şuşada yaşamışam və həmin vaxt vəzifədə idim. Vəzifə borcumu yerinə yetirirdim. Dağlıq Qarabağın bütün rayon və kəndlərini, Şuşa, Laçın və Kəlbəcərə yaxın yerlərin təminatı ilə məşğul idim. O vaxt "raypo" deyilən bir idarə var idi. Mən həmin idarənin sədri, eyni zamanda "Azər ittifaq"ın idarə heyətinin üzvü idim.  Heç görmüsüz müharibədə  bir nəfər azərbaycanlı desin ki, "Mənim unum, çörəyim, nöyütüm, yeməyim yoxdur" ? Hamı deyirdi ki, silahlım yoxdur! Mən sinəmə döymürəm amma o xidməti mən göstərmişəm. Cəsarətlə, cürətlə tank, BTR, vertolyotla bütün kəndlərə tələbat mallarını çatdırmışam. Sonra isə mən Şuşa rayon icra hakimiyyəti başçısının müavini vəzifəsinə təyin olunmuşam. Ondan sonra da 5 mart 1993-cü ildə keçmiş muxalifətçilərin vəzifəsini dondurması var idi, mən də onlarla bərabər vəzifəmi. Mən Şuşadan çıxanda 2009-cu ilə kimi heç kim mənə vəzifə təklif etməyib. 2009-cu ildə cənab Prezidentimizin sərəncamı ilə Şuşa rayonuna icra başçısı təyin olunmuşam. Bu günə qədər də canımla, qanımla xidmət edirəm və çalışıram ki, möhtərəm Prezidentimizin tapşırıqlarına imkanım qədər, mümkün qədər riayət edim.
Pərvin Abışova /AzTimes.az/
DAHA ÇOX XƏBƏRLƏR
Ən çox oxunanlar
  1. Səbail rayonunda avtomobillərin toqquşması zamanı ahıl qadın xəsarət alıb
  2. Bakıda yol qəzası olub, xəsarət alan var
  3. Talış Dağlıq zonasında güclü zəlzələ olub
  4. Samuxda narkotik yetişdirməkdə şübhəli bilinən şəxs saxlanılıb
  5. Sabunçu prokurorluğunda 31 yaşlı kişinin qətlə yetirilməsi ilə bağlı cinayət işi açılıb - YENİLƏNİB
  6. Qazaxda avtomobilin vurduğu piyada xəstəxanada ölüb - YENİLƏNİB
  7. Bakıda yolu keçən 42 yaşlı qadını avtomobil vurub
  8. Sabahın hava proqnozu: Leysan xarakterli yağış yağacaq, şimşək çaxacaq
  9. CAR-da ağır qəza: Çox sayda ölən və yaralanan var
  10. Daşkəsəndə arvadını balta ilə qətlə yetirməkdə şübhəli bilinən şəxs barəsində cinayət işi başlanıb
Bütün xəbərlər
Ərdoğan: “İlham Əliyev Türkiyədən iki ədəd “Togg” elektromobili almaq üçün sifariş verib”
Ərdoğan: “İlham Əliyev Türkiyədən iki ədəd “Togg” elektromobili almaq üçün sifariş verib”
Azərbaycan Prezidenti İlham Əliyev Türkiyənin yerli istehsalı olan “Togg” elektromobilini almaq üçün sifariş verib. Türkiyə Ətraflı
Bütün xəbərlər
Bu gün 1 373 namizəd rezidenturaya imtahan verəcək
Bu gün 1 373 namizəd rezidenturaya imtahan verəcək
Bu gün Dövlət İmtahan Mərkəzi rezidenturaya qəbul imtahanının birinci mərhələsi (baza fənləri üzrə biliklərin qiymətləndirilməsi Ətraflı
İngilis dili müəllimləri sertifikasiya imtahanı verəcəklər
İngilis dili müəllimləri sertifikasiya imtahanı verəcəklər
İyunun 22-də ingilis dili müəllimləri sertifikatlaşdırma prosesinin test imtahanı mərhələsində iştirak edəcəklər. Bu barədə Ətraflı
Bütün xəbərlər
«    İyun 2024    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
Şou biznes
Məşhur aktrisa: "Qadın-kişi tarazlığı deyilən bir şey qalmadı"
Məşhur aktrisa: "Qadın-kişi tarazlığı deyilən bir şey qalmadı"
Məşhur reper saxta pornonun qurbanı oldu
Məşhur reper saxta pornonun qurbanı oldu
Cennifer Lopeslə Ben Afflekin münasibətlərinin pozulmasının səbəbi məlum oldu
Cennifer Lopeslə Ben Afflekin münasibətlərinin pozulmasının səbəbi məlum oldu
Peris Hiltondan övladlarının tərbiyəsi ilə bağlı gözlənilməz açıqlama: "Qoymayacağam!"
Peris Hiltondan övladlarının tərbiyəsi ilə bağlı gözlənilməz açıqlama: "Qoymayacağam!"
Türkiyədə narkotik sifariş verən məşhur aktrisa saxlanılıb
Türkiyədə narkotik sifariş verən məşhur aktrisa saxlanılıb
Meqan Markl Nigeriyanı “öz ölkəsi” hesab edir
Meqan Markl Nigeriyanı “öz ölkəsi” hesab edir
2023-cü ildə ən uğurlu superqəhrəman filmi bəlli oldu
2023-cü ildə ən uğurlu superqəhrəman filmi bəlli oldu
Məşhur müğənni səhhəti haqqında: “Ürəyim fasilələrlə döyünür”
Məşhur müğənni səhhəti haqqında: “Ürəyim fasilələrlə döyünür”
“Forsaj11”in premyerası təxirə salındı
“Forsaj11”in premyerası təxirə salındı
Britni Spirs: “Ədalət yoxdur”
Britni Spirs: “Ədalət yoxdur”