Baş redaktordan Təhsil Nazirliyinə sərt ittiham Nazirliyi katibələr idarə edir.
- 20-08-2020, 15:52
- Cəmiyyət
Əgər təhsillə bağlı bir dərdiniz varsa,dərdinizi deməyə nə,Bakı şəhəri təhsil şöbəsində,nə də ki,Təhsil Nazirliyində bir dənədə olsa rəsmi adam tapmaq qeyri mümkündür.Bu gün öz övladımla bağlı bir problemin həllini axtarmaq ücün ,Bakı şəhər təhsil şöbəsində oldum .Pandemya ilə bağlı qəbulların olmadığı bildirildi.Mən rəsmi bir nümayəndə ilə danışmaq istədim.Lakin rəhbərliyin məzuniyyətdə olduğu mənə bildirildi.Mənlə danışan isə tək bir gözəl səsli xanım oldu.Məni Təhsil Nazırliyinə getməyə vadar etdilər.Ordada mənə qəbula baxan 146 qaynar xətdə yığmağı məsləhət gördü.Mən qaynar xətdə yığıb xeyli vaxt gözlədikdən sonra ,yenədə gözəl səsli bir xanım götürüb mənim dərdimi dinlədi. Yenədə məni rəsmi bir məmura yönəltməyini xahiş etdim.Xanım uzun müddət xətdə gözlətdikdən sonra,mənə bildirdiki,rəhbərlikdən nazirlikdə heç kim yoxdur.Belə olduğu halda adi vətəndaş nə etməli? Həmişə dediyim kimi ölkə rəhbəri indiki vaxtda məzuniyyətdə deyilsə,məmurlar məzuniyyətə çıxıb işləməyəcəksə ,ölkə rəhbəri məmurların işlərini görəcəksə ,bizə belə məmurlarlar lazımdırmı?!!!
Akif Səfərov.
Azadses.az
Akif Səfərov.
Azadses.az