Kisidanın başçılıq etdiyi Yaponiya hökuməti tam tərkibdə istefa verib
Fumio Kisidanın rəhbərlik etdiyi Yaponiya hökuməti, növbəti baş nazir Şigeru İşibanın formalaşdıracağı yeni kabinetin yaradılması ərəfəsində tam tərkibdə istefa verib.
“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə kabinetin baş katibi Yosimasa Hayasi bildirib.
Daha sonra parlament növbədənkənar sessiyaya toplaşacaq və 27 sentyabr seçkilərinin nəticələrinə görə hakim Liberal Demokrat Partiyasının yeni sədri olan İşiba baş nazir seçiləcək. Bu siyasi qüvvə koalisiya tərəfdaşı olan “Komeito” partiyası ilə birlikdə qanunverici orqanın hər iki palatasında çoxluğa malikdir.
Gözlənilir ki, hökumətdə öz yerlərini kabinetin baş katibi, hökumətdə “ikinci adam” olan və LDP sədrinin seçkilərində İşibanın rəqibi olan Yosimasa Hayasi, həmçinin hökumətdə “Komeito”nu təmsil edən dövlət torpaqları, infrastruktur və nəqliyyat naziri Tetsuo Saito qoruyub saxlayacaqlar.