Fransada parlament seçkilərində Yeni Xalq Cəbhəsi qalib gəlir - YENİLƏNİB
- 8-07-2024, 10:27
- Dünya
Yeni Xalq Cəbhəsi solçu alyansı Fransa Milli Assambleyasına (parlamentin aşağı palatası) növbədənkənar seçkilərdə qalib gələrək 182 yer qazanıb.
“Report” xəbər verir ki, bu barədə “Le Monde” qəzeti ölkənin Daxili İşlər Nazirliyinin məlumatlarına istinadən bildirib.
İkinci yeri 168 mandat qazanan “Birgə!” prezident koalisiyası tutur. Parlamentin aşağı palatasında üçüncü ən böyük fraksiya 143 yerlə Milli Birlik olacaq.
Nəşrin məlumatına görə, “Respublikaçılar” da 45 yer alaraq parlamentin aşağı palatasına daxil olurlar. Bundan əlavə, Milli Assambleyanın yeni tərkibinə müxtəlif kiçik sağçı və solçu birliklərin 39 nümayəndəsi daxil olacaq.
Beləliklə, əsas siyasi qüvvələrdən heç biri mandatların mütləq əksəriyyətini almır ki, bu da yeni hökumətin formalaşdırılmasını çətinləşdirir. Fransanın Baş naziri Qabriel Attal bazar ertəsi istefa vermək niyyətində olduğunu bildirib.
Fransa Prezidenti Emmanuel Makron prezident koalisiyasının Avropa Parlamentinə seçkilərdə məğlub olmasından sonra iyunun 9-da Milli Assambleyaya növbədənkənar seçkilər təyin edib. Seçkilərin birinci turu iyunun 30-da, ikinci turu isə iyulun 7-də baş tutub.
22:29
Fransada keçirilən növbədənkənar parlament seçkilərinin ikinci turunun nəticələrinə görə, siyasi bloklardan heç biri 289 mandatın mütləq əksəriyyətini əldə edə bilmir.
“Report” xəbər verir ki, bunu BFMTV telekanalı bildirib.
Beləliklə, “Yeni Xalq Cəbhəsi” solçu alyansı Fransada növbədənkənar parlament seçkilərinin ikinci turunda Milli Assambleyada (parlamentin aşağı palatası) 175-dən 205-ə qədər yer qazanaraq liderlik edir.
Eyni zamanda, “Respublika Naminə Birlikdə” prezident koalisiyası 150-dən 175-ə qədər, sağçı “Milli Mitinq” partiyası isə 115-dən 150-yə qədər mandata malikdir.