Kanadanın hakim partiyası növbədənkənar parlament seçkilərində qalib olub
Kanadanın baş naziri Castin Trüdonun Liberallar Partiyası növbədənkənar parlament seçkilərində qalib olub.
“Report” TASS-a istinadən xəbər verir ki, bunu ölkənin Milli Seçki Komissiyasının bazar ertəsi dərc etdiyi ilkin məlumatlar göstərir.
Qeyd edilir ki, hazırda liberallar parlament aşağı - İcmalarda 338 mandatdan 138-ni alıblar. Onların əsas rəqibləri - Mühafizəkarlar Partiyası 94 yerə sahib olub. “Kvebek” bloku 26 dairədə liderlik edir, siyahıda sonrakı yeri Yeni Demokrat Partiyası (20) və Yaşıllar Partiyası qərarlaşıb. Hələlik 279 dairədən məlumatlar daxil olub.
Mətbuat da hakim partiyanın qalib olduğunu xəbər verib. “Kanadanın baş nazir Castin Trüdonun lideri olduğu Liberallar Partiyası növbədənkənar parlament seçkilərində qalib gələcək və yenidən hökuməti formalaşdıracaq”. - Bu proqnozla bazar ertəsi CBC telekanalı çıxış edib. Telekanalın məlumatlarına görə, liberallar parlamentdə azı 150 yer, onların əsas rəqibləri Mühafizəkarlar Partiyası isə 120-dən çox yer alacaq.