Nigeriyada yeni hökumət quruldu
- 9-04-2021, 16:00
- Dünya
“Anadolu” agentliyi xəbər verir ki, ölkə Prezidenti Məhəmməd Bazum tərəfindən 3 aprel tarixində baş nazir təyin edilən Mahamadou tərəfindən qurulan hökumət 33 nazirdən ibarətdir.
Köhnə kabinetdəki bəzi şəxslər yerində qalıb, hökumətə 22 yeni ad qatılıb.
Yeni hökumətdə eks-prezident Mahamadou İssoufounun oğlu Mahamane Sani Mahamadounun Neft, Enerji və Bərpa olunan Enerji nazirliyinə təyin edilməsi diqqət çəkib.
21 fevralda Nigeriyada keçirilən prezident seçkilərinin ikinci turunda qalib gələn Bazum 2 aprel tarixində təşkil edilən mərasimdə and içib və vəzifəsinə başlayıb.