Gürcüstan hökuməti istefa verib
- 18-02-2021, 10:31
- Dünya
Gürcüstan hökuməti tam tərkibdə istefa verib.
''Azad Səs'' “Report”-a istinadən xəbər verir ki, buna səbəb Baş nazir Giorgi Qaxariyanın istefası ilə səlahiyyətlərinin dayandırılmasıdır.
Hökumət üzvləri yeni baş nazirin təyinatına qədər vəzifələrini icra edəcəklər.
Ölkə parlamenti iki həftə ərzində yeni hökumət və onun təqdim etdiyi nazirlər kabinetinə etimad göstərməlidir. Hökumətə etimad üçün parlament çoxluğunun dəstəyi tələb olunur.