Səfir Qarabağ ermənilərini Bakıdan göndərilən humanitar yardımı qəbul etməyə çağırıb
“Azərbaycanın Qarabağ iqtisadi rayonunda yaşayan ermənilərin özlərini təcrid etməsi aradan qaldırıldı”.
“Report” xəbər verir ki, bunu Azərbaycanın Niderlanddakı səfiri Rəhman Mustafayev Azərbaycan Qızıl Aypara Cəmiyyətinin Qarabağda yaşayan erməniəsilli şəxslərə humanitar yardım yola salması ilə bağlı “X” hesabında yazıb.
O, sağlam düşüncənin qalib gələcəyinə ümid etdiyini vurğulayıb:
“Yerli sakinlər Azərbaycanın suverenliyinə, bütövlüyünə və qanunlarına hörmət çərçivəsində ehtiyac duyduqları hər şeylə təmin olunacaqlar”, - diplomat bildirib.
Qeyd edək ki, Azərbaycan Qızıl Aypara Cəmiyyəti avqustun 29-da Bakıdan Qarabağda yaşayan erməniəsilli şəxslərin ehtiyaclarını qarşılamaq üçün humanitar yardım yola salıb. Humanitar yardım karvanında ilkin mərhələ üçün 40 ton un məmulatları var.