Gəncədən Türkiyəyə daha beş TIR yardım yola salındı - FOTO
Türkiyədə dağıdıcı zəlzələdən zərərçəkən insanlara dəstək məqsədilə Gəncə şəhərindən, Qəbələ, Ağsu, Şəmkir və Goranboydan toplanan hümanitar yardımlar 5 TIR tipli yük maşını ilə yola salınıb.
“Report”un məlumatına görə, ümumi çəkisi 20 800 kiloqram olan humanitar yardımın tez bir zamanda Bakı-Qazax-Gürcüstan magistral yolu ilə təyin olunmuş ünvana çatdırılması nəzərdə tutulub.
Qeyd edək ki, fevralın 6-da Türkiyənin 10 şəhər və rayonunda qeydə alınan zəlzələ nəticəsində zərər çəkmiş şəxslərə yardım məqsədilə humanitar yardımların toplanması davam etdirilir.