Serbiya Baş Naziri Azərbaycanın humanitar yardımını şəxsən qarşılayıb - FOTO
- 21-05-2020, 09:43
- Siyasət
Bu günlərdə Azərbaycan Serbiyaya humanitar yardım göndərib.
Azad Səs Serbiya KİV-nə istinadən xəbər verir ki, Azərbaycandan Serbiyaya yardım yükü çatdıran təyyarə Belqradın “Nikola Tesla” aeroportunda yerə enib. Humanitar yardımı Serbiyanın Baş Naziri Ana Brnabiç və Azərbaycanın Belqraddakı səfiri Eldar Həsənov qəbul ediblər.
Serbiyanın Baş Naziri Ana Brnabiç bu jesti Azərbaycan-Serbiya dostluğunun təzahürü kimi dəyərləndirib: “Bu, heç vaxt unutmayacağımız dostluğun təzahürüdür. Azərbaycan 2014-cü ilin daşqınından sonra Serbiyaya ilk yardım etmiş ölkə idi. Məhz bu gün, 2014-cü il mayın 19-da Serbiyaya Azərbaycandan yardım yükü gətirən ilk təyyarə gəldi”.