Səfir Albaniyanın BMT TŞ-nin iclasındakı Azərbaycanla bağlı mövqeyini alqışlayıb
Azərbaycanın Tiranadakı səfiri Anar Hüseynov Albaniyanın BMT Təhlükəsizlik Şurasının Azərbaycanın Qarabağ bölgəsində guya yaranmış “humanitar böhran”ın müzakirəsinə dair təcili iclasındakı mövqeyini alqışlayıb.
“Report” xəbər verir ki, bu barədə diplomat eksdə (keçmiş tviter) yazıb.
“Biz Albaniyanın regionumuzdakı hadisələrlə bağlı obyektiv və ardıcıl mövqeyini yüksək qiymətləndiririk. Bu mövqe yalnız sülhə, sabitliyə və çoxəhatəli regional əməkdaşlığa xidmət edir”, - səfir vurğulayıb.
Xatırladaq ki, Albaniyanın BMT-dəki daimi nümayəndəsi Fərid Xoca Ermənistan tərəfinə eyham vuraraq “humanitar ehtiyaclar”ın siyasiləşdirilməməsinə çağırış edib: “Fikrimizcə, söhbət humanitar məsələdən gedirsə, mümkün olan hər şeyi, bütün variantları nəzərdən keçirmək lazımdır. Bura digər yollar, həmçinin təklif olunan Xankəndi – Ağdam yolu da daxildir”.