Lavrovdan MÜHÜM AÇIQLAMA
Rusiyanın qurumlararası nümayəndə heyəti Ermənistanın baş naziri Nikol Paşinyanla Dağlıq Qarabağ üzrə yaradılan qurumlararası humanitar yardım mərkəzi ətrafında və iqtisadi əməkdaşlıq məsələləri ilə bağlı müzakirələr aparacaq.
''Report'' TASS-a istinadən xəbər verir ki, bu barədə Rusiya xarici işlər naziri Sergey Lavrov bildirib.
“Bu gün – uzanan danışıqlardan sonra Azərbaycan, Rusiya və Ermənistan liderləri tərəfindən noyabrın 9-da qan tökülməsinə son qoyan və bütün ölçülərdə, o cümlədən humanitar səviyyədə vəziyyəti sabitləşdirmək üçün fürsət yaradan bəyanatın qəbul edildiyi vəziyyətdə münasibətlərimizin bütün spektrinə baxmaqda maraqlıyıq. Bizim sülhməramlılar bu razılaşmanın həyata keçirilməsində, o cümlədən humanitar yardımının göstərilməsində fəal iştirak edirlər”, - Lavrov deyib.
O həmçinin qeyd edib ki, yaradılmaqda olan qurumlararası humanitar yardım mərkəzi ilə əlaqəli məsələləri də müzakirə edəcəklər: “Bu da yeni strukturdur və o, mülki əhalinin ehtiyaclarını ödəmək, mülki infrastrukturu bərpa etmək üçün çalışacaq”.
Rusiya XİN başçısı vurğulayıb ki, eyni zamanda iqtisadi əməkdaşlığın aktual məsələləri, energetika sferasındakı əməkdaşlıq da müzakirə ediləcək.