KİV: "Ukrayna yorucu artilleriya müharibəsində sürətli irəliləyişə çalışır"
“Kiyev yorucu artilleriya müharibəsinin heç bir tərəfə əhəmiyyətli ərazi qazancı gətirmədiyi indiki vəziyyətdə sürətli irəliləyiş əldə etməyə çalışır. Eyni zamanda, Ukrayna rəsmiləri ehtiyat edirlər ki, Silahlı Qüvvələrin əks-hücumları cəmiyyətin yüksək gözləntilərini doğrultmaya bilər və bu, “emosional məyusluğa” səbəb olacaq”.
“Report” xəbər verir ki, bu barədə “Washington Post” yazıb.
Qeyd edilir ki, bir çox ekspertlər Moskvanın Luqansk və Donetsk vilayətlərinin və Krım yarımadasının bir hissəsinin əlində olduğu bir vaxtda rusiyalıları işğaldan əvvəlki mövqelərə geri oturtmağın çətin olacağına inanırlar.
“İnanıram ki, döyüş meydanında nə qədər çox qələbə qazansaq, o qədər çox insan bizə inanacaq, bu, daha çox kömək alacağımız deməkdir”, - Ukrayna Prezidenti Volodimir Zelenski mətbu orqana bildirib.
Nəşr qeyd edir ki, hücum əməliyyatları çox vaxt böyük üstünlük tələb edir. Bununla belə, Rusiya hərbçiləri bütün cəbhə xətti boyunca yaxşı möhkəmləndirilmiş müdafiə xətti qurublar, ona görə də Ukrayna hərbçilərinin nə qədər irəliləyəcəyini təxmin etmək çətindir. Bundan əlavə, uğursuzluq halında Ukraynanın beynəlxalq hərbi yardımı itirə biləcəyi və ya Rusiya ilə danışıqları bərpa etmək üçün təzyiqlə üzləşə biləcəyi ilə bağlı qorxular var. Belə olan halda Rusiya şübhəsiz ki, Ukraynanın qəbuledilməz saydığı onsuz da işğal olunmuş ərazilərin “təslim olmasını” tələb edəcək.
Öz növbəsində Ukraynanın müdafiə naziri Oleksiy Reznikov qeyd edib ki, Ukraynanın əks-hücum əməliyyatından gözləntiləri çox yüksək qiymətləndirilir. Onun sözlərinə görə, çoxları “böyük bir şey” gözləyir və bu, emosional məyusluğa səbəb ola bilər. Ukrayna qoşunlarının Xarkov və Xerson vilayətlərində əks-hücum keçirməsi dünyanı ruhlandırdı, çünki hamı Ukraynanın 72 saat sonra təslim olacağına inanırdı. Bununla belə, indi tərəfdaşlar yeni uğurlar görmək istəyirlər.
“Qərb tərəfdaşları mənə dedilər ki, indi növbəti uğur nümunəsinə ehtiyacları var, çünki biz bunu xalqlarımıza göstərməliyik. Amma bu uğurun miqyasının nə olacağını deyə bilmərəm: 10 kilometr, 30, 100 kilometr, 200 km. İdeal olaraq, hücum Rusiya qoşunlarının arxa xətlərini kəsməli və onların hücum imkanlarını azaltmalıdır”, - Müdafiə Nazirliyinin rəhbəri vurğulayıb.
Reznikov həmçinin xatırladıb ki, hazırda Ukraynada Rusiyanın azı 300 min əsgəri var.