“Krım qaytarılmadan sülh olmayacaq”
“Ukrayna Krımı qaytarana qədər bütün planetdə sülh olmayacaq".
"Qafqazinfo" xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski deyib.
O bildirib ki, müharibəni dayandırmaq üçün hər ölkənin suverenliyini, ərazi bütövlüyünü dəstəkləmək lazımdır:
“Yalnız Krımın işğaldan azad edilməsi Ukrayna və Avropada sülhün bərqərar olmasına kömək edəcək”.