Ukraynada fövqəladə vəziyyətin tətbiqi təsdiqləndi
Ukrayna Ali Radası növbədənkənar iclasında Donetsk və Luqansk vilayətləri istisna olmaqla, bütün ölkədə fövqəladə vəziyyətin tətbiqini təsdiqləyib.
“Azadsəs.az” Ukrayna mediasına istinadən xəbər verir 335 deputat tələb olunan minimum 226 səslə müvafiq qətnamənin lehinə səs verib.
“Ukrayna Prezidentinin 23 fevral 2022-ci il tarixli “Ukraynanın bəzi vilayətlərində fövqəladə vəziyyət rejiminin tətbiqi haqqında” fərmanı təsdiq edilsin”, – yekun qərarda deyilir.
Qeyd edək ki, Ukrayna Prezidenti Volodimir Zelenski fevralın 24-də saat 00.00-dan etibarən Donetsk və Luqansk vilayətləri istisna olmaqla, bütün Ukrayna ərazisində fövqəladə vəziyyətin tətbiq edilməsi barədə fərman imzalamışdı.