TƏBİB-dən uşaqların peyvəndi ilə bağlı müraciət
- 24-04-2020, 10:15
- Manset
Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) valideynlərə müraciət edib. İmmunlaşdırma həftəsi ilə bağlı müraciətdə qeyd edilir ki, erkən aparılan peyvənd uşaqları difteriya, iflic, tetanus və s. kimi bir çox ciddi və ölümcül xəstəliklərdən qoruyur.
"Əgər uşağınız bu xəstəliklərə yoluxmursa, deməli, adını bilmədiyiniz peyvəndlər köməyə gəlib. Lakin uşağın immun sistemi aşağıdırsa, görünməyən xəstəliklər uşaqları təkrarən yaxalaya bilər".
Xatırladaq ki, Səhiyyə naziri Oqtay Şirəliyevin imzaladığı müvafiq əmrə əsasən, aprelin 20-26-da respublikanın bütün şəhər və rayonlarında “İmmunlaşdırma həftəsi” keçiriləcək.