Azərbaycanda iri ticarət mərkəzləri bu tarixdə açıla bilər - RƏSMİ
- 9-05-2020, 21:20
- Cəmiyyət
“Hazırda böyük ticarət mərkəzlərinin açılması müzakirə edilir. Onların bu ayın sonuna qədər açılması gözlənilmir”.
Azad Səs Oxu.Az-a istinadən xəbər verir ki, bunu Nazirlər Kabineti yanında operativ qərargahın keçirdiyi mətbuat konfransında Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) İdarə Heyətinin sədri Ramin Bayramlı bildirib.
O qeyd edib ki, bu barədə statistik göstəricilərin təhlili aparıldıqdan sonra qərar veriləcək:
“Gələcək günlərdə ticarət mərkəzlərinin açılması mümkündür”.
“Mərkəzlərin içərisində yoluxma riskini artıran sahələrə məhdudiyyət qoyula bilər. Məsələn, uşaq əyləncə mərkəzləri və qida bölmələrinin fəaliyyətinə məhdudiyyət qoyulması mümkündür”, - deyə R.Bayramlı qeyd edib.