Maskanı necə taxmaq lazımdır? FOTO
- 14-04-2020, 11:17
- Cəmiyyət
TƏBİB pandemiya dövrü ilə bağlı təlimat yaydı
Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) qoruyucu tibbi maskalardan istifadə ilə bağlı məlumat yayıb.
Məlumatda qeyd edilir ki, maskanı taxmazdan öncə əllərin ən azı 20 saniyə su və sabunla yuyulması vacibdir. Su və sabun olmadığı halda əllər 20-30 saniyə spirt əsaslı antiseptik ilə dezinfeksiya edilməlidir. Maska qatlı hissəsi çöl tərəfdə qalaraq üst tərəfindəki metal lent burun üzərinə gətirilərək taxılmalıdır.
Maska rezinlidirsə maskanın yanlarındakı rezinlər qulaq seyvanından keçirilərək taxılmalıdır. Maska iplidirsə maskanın üst kənarlarındakı iplər qulaqların üstündən keçirilərək başın arxa hissəsində bağlanmalıdır. Alt kənarlarındakı iplər ənsədə bağlanır.
Maskanın üst tərəfindəki metal lent burun üzərinə yüngülcə basılaraq yerləşdirilməlidir. Maska burun, ağız və çənəni tamamilə örtməlidir. Belə olanda kənarlardan hava keçmir.
İstiPress maskadan istifadə təlimatını təqdim edir: