Yanan "Sədərək"də 8 nəfərə həkim lazım olub
- 18-02-2020, 10:13
- Manset
![](/uploads/posts/2020-02/medium/1582010088_6000-4.jpg)
"Sədərək" Ticarət Mərkəzində baş verən yanğın zamanı xəsarət alanlar olub. Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyindən (TƏBİB) verilən məlumata görə, yanğınla əlaqədar əraziyə 5 tibbi briqada cəlb edilib.
"Hadisə nəticəsində 8 nəfərə yerində yardım göstərilib, 1 nəfər travma ilə Kliniki Tibbi Mərkəzə yerləşdirilib".
Xatırladaq ki, bu gün səhər saatlarında "Sədərək" Ticarət Mərkəzinin 1-ci zona, 9-cu sırasında qəfil yanğın baş verib. Yanğın bir neçə mağazanı əhatə edib.