Əmlak almaq istəyənlərin nəzərinə: Kəskin ucuzlaşma olacaq
- 12-01-2021, 09:43
- Manset
“Mərkəzi Bank yeni ili təzələnmiş pul nişanları ilə başladı. Təzələnmiş deyəndə ki, bu nişanların üzərində də tam mənasız olaraq Elman Rüstəmovun mübarək imzası və qanuna zidd olaraq müəlliflik hüququ nişanı (©) həkk olunub. Amma ən əsas məsələni – pandemiya ilə bağlı kreditlərin ödənilməsindəki çətinlikləri Mərkəzi Bank bu il tənzimləmək istəmədi. Xatırladıram ki, ötən ilin aprel və sentyabr aylarında Mərkəzi Bank banklara tövsiyə etmişdi ki, pandemiya ilə əlaqədar kreditlər üzrə gecikmə olduqda müştərinin kredit tarixçəsini korlamasınlar və cərimə hesablamasınlar. Bu tövsiyənin qüvvəsi 1 yanvar 2021-ci ildə bitdi. Pandemiya və hətta sərt karantin rejimi bitməsə də, analoji tövsiyə olmadı. Deməli, artıq heç bir güzəşt yoxdur: kreditlər ödənilməlidir. Əks halda, cərimələr də hesablanacaq, kredit tarixçələri də korlanacaq, məhkəmə prosesləri də başlayacaq, borc alanlara təzyiqlər (həm qanuni, həm də qanunsuz) artacaq”.
''Azad Səs'' Pravda.az-a istinadən xəbər verir ki, bunu ekspert Əkrəm Həsənov deyib.
Ə.Həsənov bildirib ki, bankların isə rəsmi problemli kreditləri də artacaq (deməli, əlavə ehtiyat yaratmalıdırlar) və Mərkəzi Bankın kapitallaşma tələbi yenə gündəmə gələcək: “Nəzərə alsaq ki, aprelin 5-də “Əmanətlərin tam sığortalanması haqqında” Qanun da qüvvədən düşəcək, böyük ehtimalla, problemli kreditlər portfeli yüksək olan bankların da aqibəti ona qədər həll olunacaq. Problemli kreditlərin bu dalğası daşınmaz əmlak bazarında da xeyli ucuzlaşmaya səbəb olacaq. Çünki yaxın illər ərzində hərraclarda minlərlə girov qoyulmuş əmlak satılacaq. Təbii, çox ucuz qiymətə. Buna görə də hazırda əmlak almaq istəyənlər gözləmə mövqeyini davam edəcəklər: Qiymətlərin daha da düşməsini gözləyəcəklər. Deməli, Bakıda tikinti fəaliyyəti aktuallığını itirəcək. Prinsipcə, bu yaxşı haldır: tikinti potensialımızı işğaldan azad olunmuş ərazilərə sərf etməliyik. Ümid edirəm ki, bütün bunların fonunda ölkədə nəhayət ki, müflisləşmə haqqında qanun təzələnəcək və real işləyəcək. O cümlədən vətəndaşların da müflisliyinin tanınması baxımından. Əvvəl-axır insanlara və iqtisadiyyata real xeyir verən heç olmasa bir institut təzələnməlidir, ya yox?! Təkcə Elman Rüstəmovun heç bir hüquqi öhdəlik daşımayan imzası olan pul nişanları təzələnməməlidir ki...”