azadses.az » Kriminal » 2 il 6 ay həbs yatdıqdan sonra günahsız olduğu bilindi

2 il 6 ay həbs yatdıqdan sonra günahsız olduğu bilindi

Lənkəran sakini Nurlan Ağazadə 2 il 6 ay həbsdə saxlanandan sonra təqsirsiz olduğu üzə çıxıb.

“Azadsəs.az” “Azadlıq Radiosu”na istinadən xəbər verir ki, 2019-cu ilin noyabrından həbsdə olan 30 yaşlı Ağazadə aprelin 25-də Bakı Apellyasiya Məhkəməsində azadlığa buraxılıb. Belə ki, Bakıda tikintidə fəhlə işləyən Nurlan ölümlə nəticələnən yol qəzası törətməkdə ittiham olunub. İddia edilib ki, o, hadisəni törədəndən sonra qaçıb və maşınla vurduğu 32 yaşlı qadın ölüb. Bakı Ağır Cinayətlər Məhkəməsi ona 7 il 6 ay həbs cəzası verib.

Nurlan Bakı Ağır Cinayətklər Məhkəməsində ifadə verərkən, sürücülük vəsiqəsi belə olmadığını, hadisə baş verəndə iş yerində olduğunu deyib. Tikintinin icraçısı Qoşqar Sultanov da hadisə vaxtı Nurlanın tikintidə olduğunu təsdiqləyib: "Dedi ki, əmimin balası var, bu işi boynuma götürəcəm. Danladım, xeyri olmadı".

Nurlan qəzanın əmisi tərəfindən törədildiyini, lakin əmisinin xahişi ilə qəzanı üzərinə götürdüyün bildirib. Belə ki, əmisi ona azyaşlı övladlarının olduğunu, evə ondan başqa qazanc gətirənin olmadığını deyərək, bu işi öz üzərinə götürməsini istəyib. Əmisi Nurlana söz verib ki, nəyi varsa, satacaq və onun həbsdə qalmasına imkan verməyəcək.

“Mənə yalvardı, gözümün qabağına uşaqları gəldi. Söz verdi ki, evini, maşınını satacaq, məni həbsdə qoymayacaq. Həm inandım, həm də yazığım gəldi və buna görə də razılaşdım. Mənə izah elədi ki, hadisə harada olub, necə olub. Maşını aparıb hara qoyub. Amma yolda mənə qadının öldüyünü deməmişdi. Həm də yaşlı qadın olduğunu bildirmişdi. Sonradan bilmişəm ki, sən demə, cavan adam imiş, həm də mənimlə danışanda qadın artıq keçinibmiş”, - Nurlan Ağazadə məhkəmədə belə deyib.

Nurlan Ağazadənin vəkili Yeganə Məmmədova bildirib ki, müvəkkilinin 2 il 6 ay günahsız həbsdə saxlanmasıyla əlaqədar kompensasiya almaq üçün məhkəməyə müraciət edəcəklər: "Gözləyəcəyik ki, prokurorluq apellyasiya məhkəməsinin qərarından Ali Məhkəməyə protest verəcək, yoxsa yox. Bu məsələ ilə bağlı yekun qərar qəbul ediləndən sonra təzminat üçün müraciət edəcəyik. Çünki gənc bir adamı heç bir günahı olmadan 2 il 6 ay həbsdə saxlamaq çox böyük qanunsuzluqdur".
DAHA ÇOX XƏBƏRLƏR
Ən çox oxunanlar
  1. Qaraçuxurda motosikletçi yol qəzasında xəsarət alan var
  2. Tərtərdə avtomobil beton maneəyə çırpılıb, gənc qız ağır yaralanıb
  3. Səbail rayonunda avtomobillərin toqquşması zamanı ahıl qadın xəsarət alıb
  4. Bakıda yol qəzası olub, xəsarət alan var
  5. Talış Dağlıq zonasında güclü zəlzələ olub
  6. Samuxda narkotik yetişdirməkdə şübhəli bilinən şəxs saxlanılıb
  7. Sabunçu prokurorluğunda 31 yaşlı kişinin qətlə yetirilməsi ilə bağlı cinayət işi açılıb - YENİLƏNİB
  8. Qazaxda avtomobilin vurduğu piyada xəstəxanada ölüb - YENİLƏNİB
  9. Bakıda yolu keçən 42 yaşlı qadını avtomobil vurub
  10. Sabahın hava proqnozu: Leysan xarakterli yağış yağacaq, şimşək çaxacaq
Bütün xəbərlər
Ərdoğan: “İlham Əliyev Türkiyədən iki ədəd “Togg” elektromobili almaq üçün sifariş verib”
Ərdoğan: “İlham Əliyev Türkiyədən iki ədəd “Togg” elektromobili almaq üçün sifariş verib”
Azərbaycan Prezidenti İlham Əliyev Türkiyənin yerli istehsalı olan “Togg” elektromobilini almaq üçün sifariş verib. Türkiyə Ətraflı
Bütün xəbərlər
Bu gün 1 373 namizəd rezidenturaya imtahan verəcək
Bu gün 1 373 namizəd rezidenturaya imtahan verəcək
Bu gün Dövlət İmtahan Mərkəzi rezidenturaya qəbul imtahanının birinci mərhələsi (baza fənləri üzrə biliklərin qiymətləndirilməsi Ətraflı
İngilis dili müəllimləri sertifikasiya imtahanı verəcəklər
İngilis dili müəllimləri sertifikasiya imtahanı verəcəklər
İyunun 22-də ingilis dili müəllimləri sertifikatlaşdırma prosesinin test imtahanı mərhələsində iştirak edəcəklər. Bu barədə Ətraflı
Bütün xəbərlər
«    İyul 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
293031 
Şou biznes
Ben Afflek və Cenifer Lopez ayrılıblar?
Ben Afflek və Cenifer Lopez ayrılıblar?
Məşhur aktrisa: "Qadın-kişi tarazlığı deyilən bir şey qalmadı"
Məşhur aktrisa: "Qadın-kişi tarazlığı deyilən bir şey qalmadı"
Məşhur reper saxta pornonun qurbanı oldu
Məşhur reper saxta pornonun qurbanı oldu
Cennifer Lopeslə Ben Afflekin münasibətlərinin pozulmasının səbəbi məlum oldu
Cennifer Lopeslə Ben Afflekin münasibətlərinin pozulmasının səbəbi məlum oldu
Peris Hiltondan övladlarının tərbiyəsi ilə bağlı gözlənilməz açıqlama: "Qoymayacağam!"
Peris Hiltondan övladlarının tərbiyəsi ilə bağlı gözlənilməz açıqlama: "Qoymayacağam!"
Türkiyədə narkotik sifariş verən məşhur aktrisa saxlanılıb
Türkiyədə narkotik sifariş verən məşhur aktrisa saxlanılıb
Meqan Markl Nigeriyanı “öz ölkəsi” hesab edir
Meqan Markl Nigeriyanı “öz ölkəsi” hesab edir
2023-cü ildə ən uğurlu superqəhrəman filmi bəlli oldu
2023-cü ildə ən uğurlu superqəhrəman filmi bəlli oldu
Məşhur müğənni səhhəti haqqında: “Ürəyim fasilələrlə döyünür”
Məşhur müğənni səhhəti haqqında: “Ürəyim fasilələrlə döyünür”
“Forsaj11”in premyerası təxirə salındı
“Forsaj11”in premyerası təxirə salındı