azadses.az » Hadisə » Sevdiyi qızı intihara məcbur edən İsmayıl - “Belə bitməsini istəmirdim”

Sevdiyi qızı intihara məcbur edən İsmayıl - “Belə bitməsini istəmirdim”

Şəkidə sevdiyi qızı intihara məcbur etməkdə ittiham edilən 21 yaşlı İsmayıl Rəhimov ona verilən cəzadan narazıdır.

“Azadsəs.az”ın məlumatına görə, 2001-ci il təvəllüdlü Məlahət Quliyevaya (ad və soyad şərtidir) hədə-qorxu gələrək onu özünü öldürməyə məcbur edən və Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə təqsirləndirilərək 7 il həbs cəzası verilən İsmayıl apellyasiya şikayəti verərək cəzasının yüngülləşdirilməsini tələb edib.

Şəki Apellyasiya Məhkəməsində şikayətə baxılarkən İsmayıl ona təqsirləndirildiyi maddə üzrə yuxarı həddə cəza verildiyini deyib və həbs müddətinin azaldılmasını xahiş edib: “Bu hadisədə mən də təqsirkaram, özümə bəraət qazandırmıram. Belə bitməsini istəmirdim. Odur ki, apellyasiya şikayətinin təmin edilməsini və mənə verilmiş cəzanın yüngülləşdirilməsini xahiş edirəm”.

İsmayılın vəkili də çıxış edərək onun cəzasının yüngülləşdirilməsinin, eləcə də ona bəraət verilməsinin mümkün olduğunu deyib: “İsmayıl mərhum Məlahəti çox sevirdi və buna görə də təbii ki, heç vaxt onun özünü öldürməsini arzu etməyib, edə də bilməzdi. İsmayıl sadəcə onu çox sevdiyi üçün ondan əl çəkmək istəməyib. Çünki onlar 3 ilə yaxın idi ki, sevgili idilər və bir-birlərini çox sevirdilər. Bundan başqa mərhumun telefonuna, meyitə baxış keçirilən zaman və hadisə yeri tətqiq edilərkən müdafiə tərəfinin və hal şahidlərinin iştirakı təmin edilməyib”.

Məhkəmə kollegiyasının iclasında çıxış edən dövlət ittihamçısı isə İsmayılın və vəkilinin apellyasiya şikayətinin təmin edilməməsini xahiş edib.

Şəki Apellyasiya Məhkəməsi şikayətin təmin edilməməsi ilə bağlı qərar verib.

Xatırladaq ki, istintaq zamanı tələbə olan Məlahət Quliyevanın sinif yoldaşı və keçmiş sevgilisi olan İsmayıl tərəfindən intihara məcbur edilməsi üzə çıxıb. Belə ki, araşdırma zamanı Məlahətin telefonundakı son yazışmaları diqqət cəlb edib. 20 yaşlı qız başqası ilə ailə həyatı quracağını dedikdən sonra oğlan tərəfindən şantaj edilib. Mayın 10-da İsmayıl ardıcıl mesajlar yazaraq Məlahəti təhqir edib, onun intihar etməsini tələb edib. Əks halda sevgili kimi görüşdükləri vaxt çəkdiyi görüntüləri Məlahətin atasına və qardaşına göndərəcəyi ilə hədələyib.

İsmayıl Məlahət qarşısında konkret vaxt təyin edərək həmin vaxt daxilində intihar etməsini, yoxsa görüntüləri yayacağını deyib.
DAHA ÇOX XƏBƏRLƏR
Ən çox oxunanlar
  1. 65 yaşlı kişini ilan sancdı
  2. Sumqayıtda mənzildə kişi meyiti tapılıb
  3. Bakıda iki avtomobil toqquşub, xəsarət alan var
  4. Bakıda 20 yaşlı qadın öldürülüb, qardaşı saxlanılıb - YENİLƏNİB
  5. Qaraçuxurda motosikletçi yol qəzasında xəsarət alan var
  6. Tərtərdə avtomobil beton maneəyə çırpılıb, gənc qız ağır yaralanıb
  7. Səbail rayonunda avtomobillərin toqquşması zamanı ahıl qadın xəsarət alıb
  8. Bakıda yol qəzası olub, xəsarət alan var
  9. Talış Dağlıq zonasında güclü zəlzələ olub
  10. Samuxda narkotik yetişdirməkdə şübhəli bilinən şəxs saxlanılıb
Bütün xəbərlər
Ərdoğan: “İlham Əliyev Türkiyədən iki ədəd “Togg” elektromobili almaq üçün sifariş verib”
Ərdoğan: “İlham Əliyev Türkiyədən iki ədəd “Togg” elektromobili almaq üçün sifariş verib”
Azərbaycan Prezidenti İlham Əliyev Türkiyənin yerli istehsalı olan “Togg” elektromobilini almaq üçün sifariş verib. Türkiyə Ətraflı
Bütün xəbərlər
Bu gün 1 373 namizəd rezidenturaya imtahan verəcək
Bu gün 1 373 namizəd rezidenturaya imtahan verəcək
Bu gün Dövlət İmtahan Mərkəzi rezidenturaya qəbul imtahanının birinci mərhələsi (baza fənləri üzrə biliklərin qiymətləndirilməsi Ətraflı
İngilis dili müəllimləri sertifikasiya imtahanı verəcəklər
İngilis dili müəllimləri sertifikasiya imtahanı verəcəklər
İyunun 22-də ingilis dili müəllimləri sertifikatlaşdırma prosesinin test imtahanı mərhələsində iştirak edəcəklər. Bu barədə Ətraflı
Bütün xəbərlər
«    İyul 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
293031 
Şou biznes
Ben Afflek və Cenifer Lopez ayrılıblar?
Ben Afflek və Cenifer Lopez ayrılıblar?
Məşhur aktrisa: "Qadın-kişi tarazlığı deyilən bir şey qalmadı"
Məşhur aktrisa: "Qadın-kişi tarazlığı deyilən bir şey qalmadı"
Məşhur reper saxta pornonun qurbanı oldu
Məşhur reper saxta pornonun qurbanı oldu
Cennifer Lopeslə Ben Afflekin münasibətlərinin pozulmasının səbəbi məlum oldu
Cennifer Lopeslə Ben Afflekin münasibətlərinin pozulmasının səbəbi məlum oldu
Peris Hiltondan övladlarının tərbiyəsi ilə bağlı gözlənilməz açıqlama: "Qoymayacağam!"
Peris Hiltondan övladlarının tərbiyəsi ilə bağlı gözlənilməz açıqlama: "Qoymayacağam!"
Türkiyədə narkotik sifariş verən məşhur aktrisa saxlanılıb
Türkiyədə narkotik sifariş verən məşhur aktrisa saxlanılıb
Meqan Markl Nigeriyanı “öz ölkəsi” hesab edir
Meqan Markl Nigeriyanı “öz ölkəsi” hesab edir
2023-cü ildə ən uğurlu superqəhrəman filmi bəlli oldu
2023-cü ildə ən uğurlu superqəhrəman filmi bəlli oldu
Məşhur müğənni səhhəti haqqında: “Ürəyim fasilələrlə döyünür”
Məşhur müğənni səhhəti haqqında: “Ürəyim fasilələrlə döyünür”
“Forsaj11”in premyerası təxirə salındı
“Forsaj11”in premyerası təxirə salındı